Icma.az
close
up
RU
Azərbaycana nüfuz və ehtiram gətirən siyasət

Azərbaycana nüfuz və ehtiram gətirən siyasət

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cənubi Qafqazın lideri, beynəlxalq münasibətlər sisteminin ehtiram göstərilən üzvü, ərazilərini müharibə yolu ilə azad edən dövlət… Böyük məmnunluqla qeyd edilməlidir ki, bu gün dünyanın harasında olursa olsun Azərbaycan deyəndə, ölkəmizin adı çəkiləndə ilk yada düşən məhz bu reallıqlardır. Xəritədə kiçik görünsək də, beynəlxalq miqyasda ölkəmizlə hesablaşır, mövqeyini bölüşür, qlobal problemlərin yoluna qoyulmasına verdiyi töhfələri yüksək qiymətləndirirlər.

Geridə qalan aprel ayı da respublikamızın regional və qlobal miqyasdakı rolunun, müasir dünya nizamına verdiyi töhfələrin təsdiqinə çevrilən mühüm hadisələrlə əlamətdardır. Bunlara misal olaraq cənab Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərini, Türkiyəyə işgüzar səfərini, eləcə də Almaniyanın və Gürcüstan prezidentlərinin, ATƏT-in Baş katibinin, Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidentinin Azərbaycana səfərlərini göstərmək olar. Bu səfərlərin hər biri respublikamızın xarici siyasət prioritetlərinin uğurla reallaşdığını, beynəlxalq münasibətlər sisteminin aparıcı siyasi və iqtisadi gücləri ilə bərabər hüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərini göstərən mühüm hadisələrdir.

Aprel ayının mühüm siyasi hadisələrindən biri də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın respublikamıza etdiyi rəsmi səfər oldu. Geniş gündəliyi ilə yadda qalan bu səfər də bütün meyarları ilə yanaşı, Azərbaycanın yerləşdiyi coğrafiyadakı aparıcı mövqeyinin və Tehranın Bakı ilə əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinə olan marağının göstəricisi kimi dəyərləndirilə bilər.

Ümumiyyətlə Azərbaycana ehtiram və hörmət gətirən siyasi faktorlardan biri də əlaqələri olan bütün dövlətlərə, o cümlədən qonşularına qarşı hər zaman səmimi və etibarlı münasibəti ilə fərqlənməsidir. Rəsmi Bakı heç bir vaxt əməkaşlığa kölgə salan addımlar atmamış, onlarla hər zaman ləyaqətli davranmışdır. Bu respublikamızın münasibətlərdə həm əməkdaşlığa sadiqliyindən, həm də beynəlxalq hüquq prinsiplərinə söykənlməsindən irəli gəlir. Təsadüfi deyil ki, bu gün 8-i Avropa İttifaqının üzvü olan 10 Avropa dövləti enerji təhlükəsizliklərinin təmin olunmasına görə məhz Azərbaycana minnətdardırlar. Elə Azərbaycanın əməkdaşlıq əlaqələrinə olan sadiqliyinin, cənab Prezident İlham Əliyevin sözünün imzası qədər dəyərli olmasının nəticəsidir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdə biri ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənədlər imzalanıb.

Bütün bunları Azərbaycanın əhalisinin böyük hissəsi azərbaycanlılardan ibarət olan İranla bağlı siyasətindən də görmək mümkündür. Bakı cənub qonşusu ilə əlaqələrə həmişə diqqət və həssaslıqla yanaşıb, münasibətlərin yüksələn xətlə inkişafına çalışib. Azərbaycan ikitərəfli əlaqələrə azacıq da olsa soyuqluq gətirən addım atmayıb, İranın daxili işlərinə qarışmayıb, həmişə bu qonşu ölkədə əmin-amanlığın olmasını arzulayıb. Ölkəmiz beynəlxalq müstəvidə İranın milli maraqlarına zidd olan təşəbbüslərə və siyasi qarşıdurmalara da heç zaman qoşulmayıb. Çünki İranda hər hansı xoşagəlməz hadisənin baş verməsi, bu ölkənin hər hansı münaqişəyə cəlb edilməsi, başqa dövlətlə toqquşması Azərbaycanın ümumi geopolitik, siyasi və iqtisadi maraqları ilə uzlaşmır.

Azərbaycan həm də regionun sülh və əməkdaşlıq ünvanıdır. Təsadüfi deyil ki, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına xidmət edən mötəbər tədbirlər məhz ölkəmizdə keçirilir. Rusiya ilə ABŞ və Rusiya ilə NATO arasındakı yüksək səviyyəli hərbi danışıqlar da dəfələrlə Bakıda baş tutub ki, bu da Azərbaycana olan böyük etimadın, ehtiramın, o cümlədən ölkəmizin sülh və əməkdaşlıq ünvanı olmasının göstəricisidir.

Azərbaycanın dövlətlər arasında əməkdaşlığa, nəticə etibarilə həm də sülhə və təhlükəsizliyə verdiyi töhfələrdən biri də ərsəyə gətirdiyi enerji və nəqliyyat infrastrukturlarıdır. Bununla respublikamız yalnız özünün iqtisadi maraqlarını təmin etmir, həm də uzaq dövlətləri bir-birinə yaxın edir, onlar arasındakı əlaqələrin dərinləşməsinə dəstək verir. Respublikamızın təşəbbüsləri və iradəsi ilə reallaşan enerji dəhlizləri bir çox dövləti bir-biri ilə əlaqələndirən polad körpülərdir. Eyni fikirləri Azərbaycandan keçməklə Şərqlə Qərbi, Şimalla Cənubu bir-birinə bağlayan nəqliyyat dəhlizləri barədə də demək mümkündür. Orta Dəhliz yalnız yüklərin Çindən Avropaya 12-14 günə çatdırılmasını təmin etmir. Bu dəhliz həm də onun üzərində yerləşən bütün dövlətlər arasında iqtisadi əlaqələrin inkişafına xidmət edən mühüm vasitədir. O cümlədən Azərbaycanın yaradılmasına böyük töhfələr verdiyi Şimal-Cənub nəqliyyat da dəhlizi dövlətlərarası əlaqələrin dərinləşməsinə xidmət edən nəqliyyat bağlantısıdır.

Nəqliyyat dəhlizlərinin əhəmiyyəti Bakıda Azərbaycan və İran prezidentlərinin görüşündə, o cümlədən Azərbaycan-İran biznes-forumunda da xüsusi vurğulandı. Ölkəmizlə İranın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə sıx əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev onu da bildirdi ki, Azərbaycanın istəyi həm də bu nəqliyyat dəhlizinin yeni bizneslərin qurulması, yeni sənaye müəssisələrinin yaradılması üçün imkanların açılmasıdır. Göründüyü kimi Azərbaycan Şimal-Cənub dəhlizinin perspektivlərinə həm də strateji yanaşır və onun hər bir dövlətin iqtisadi maraqları baxımından daha səmərəli olmasına çalışır.

Azərbaycanı bu gün dünyaya layiqincə təqdim edən, respublikamıza nüfuz gətirən ən əsas hadisələrdən biri də torpaqlarımızın işğaldan azad edilməsi, ərazilərimizdə erməni separatizminə son qoyulmasıdır. Ölkəmizin regionda yaratdığı reallıqlar, ərazilərini işğaldan azad etməsinin qonşu dövlətlər tərəfindən də dəstəklənməsi və qəbul olunması əsas məsələlərdən biridir. Bu baxımdan Məsud Pezeşkianın Prezident İlham Əliyevlə görüşdə «Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq. Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq» - deməsi bir daha göstərir ki, İran dövləti Azərbaycanın yaratdığı reallıqları tanıyır və dəstəkləyir. Torpaqlarımızın işğaldan azad edilməsi həm də Azərbaycanın regionda aparıcı rolunu daha da gücləndirir.

Azərbaycanın xarici siyasətinin mühüm məqamlarından biri də odur ki, qonşu dövlətlərlə münasibətləri müttəfiqlik və strateji tərəfdaşlıq müstəvisindədir. Məsələn, Azərbaycanın qardaş Türkiyə və şimal qonşusu Rusiya Federasiyası ilə müttəfiqlik əlaqələri var. Respublikamızla Gürcüstan isə strateji tərəfdaşlardır. Təbii ki, bunu İran rəhbərliyi də görür və beynəlxalq münasibətlər sistemində söz və yüksək nüfuz sahibi olan Azərbaycanın region dövlətləri ilə münasibətlərinin hansı səviyyədə olduğunu dəyərləndirir. Bu mənada Məsud Pezeşkianın ölkəmizə səfəri Azərbaycanla İran arasında münasibətlərin də yeni müstəvidə inkişaf etdirilməsi üçün imkanlar yaradır.

Xanlar Fətiyev
Milli Məclisin deputatı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://missiya.az
archiveBu xəbər 01 May 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see265

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see177

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see176

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see171

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see171

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see170

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see169

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see168

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see167

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see167

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see166

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see165

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see165

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see164

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see163

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see162

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see160

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see158

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri