Icma.az
close
up
RU
Restoranda qadının xoşagəlməz ifadələri oğlunun döyülməsi ilə nəticələndi

Restoranda qadının xoşagəlməz ifadələri oğlunun döyülməsi ilə nəticələndi

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Astara Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən - Kərim Fərəczadə, Tahir Malikov, Əjdər Cabbarov və onun qardaşı Pənah Cabbarovun (hər birinin adı və soyadları şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Kərim Fərəczadə 3 il 5 ay 26 gün, Tahir Malikov 11 ay 26 gün, Əjdər Cabbarov 1 il 5 ay 26 gün və Pənah Cabbarov 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum ediliblər.

İttiham aktına görə, hadisə 18 may 2025-ci il tarixdə, saat 20 radələrində Astara rayonu, Çayoba kəndində yerləşən restoranda keçirilən toy şənliyi zamanı qeydə alınıb.

Kərim Fərəczadə tanışları - Tahir Malikov, Əjdər Cabbarov və Pənah Cabbarovla bir qrup şəxs halında restoranın həyətində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib.

Belə ki, Kərim Fərəczadə tanışı, zərərçəkmiş Habil Yusifovun (adı və soyadı şərtidir) anasının onların barəsində xoşagəlməz ifadələr işlətdiyini eşidib. Kərim bu məsələni aydınlaşdırmaq məqsədilə Habili restoranın həyətinə çağırıb. Kərim zərərçəkmişin anasının söylədiyi sözləri bəhanə edərək heç bir əsaslı səbəb olmadan və insanların gözü qarşısında ictimai qaydanı kobud surətdə pozub. O, Habilin üz nahiyəsinə bir dəfə yumruqla zərbə endirib. Zərbənin təsirindən zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra isə qrupun digər üzvləri - Tahir Malikov, Əjdər Cabbarov və Pənah Cabbarovla birlikdə Habilin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vurub.

Ətrafda olan şəxslərin müdaxiləsi nəticəsində tərəflər ayrıldıqdan sonra Habil nalayiq ifadələr işlədib və butulka ilə onlara hücum edib. Bu zaman həmin şəxslər qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək, zərərçəkmiş şəxsə təkrarən yumruq və təpiklə zərbələr endiriblər. Nəticədə onlar Habilə bədən xəsarətləri yetiriblər.

Hadisədən sonra dəstə üzvləri saxlanılıblar və barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:34
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Oktyabr 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see387

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see296

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see243

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see199

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see198

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see182

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see182

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see163

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see159

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see158

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see155

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see145

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri