Azərbaycana planlaşdırılmış taxıl tədarükü başlayıb Qazaxıstan Prezidenti
Icma.az bildirir, Unikal.az portalına istinadən.
Özbəkistan, Azərbaycan, Türkmənistan, Qırğızıstan və Əfqanıstana planlı taxıl tədarükünə başlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kənd təsərrüfatı işçilərinin I Forumunda bildirib.
“Hazırda 250 min ton arpanın daşındığı İran bazarına çıxış bərpa olunub. Çinə, Avropa İttifaqı ölkələrinə və Şimali Afrikaya da taxıl tədarükü həyata keçiriləcək”, - deyə o bildirib.
Qazaxıstan Prezidentinin sözlərinə görə, dəniz daşımalarını artırmaq üçün Kurık limanında yeni taxıl terminalı istifadəyə verilib. O əlavə edib: “Yeni ərzaq bazarlarının artan tələbatını nəzərə alaraq, “Şimal-Cənub” və Trans-Xəzər marşrutu kimi beynəlxalq dəhlizlərin rolu artacaq”.
Kasım-Jomart Tokayev qeyd edib ki, son illər onun beynəlxalq danışıqlarının gündəliyində duran əsas məsələlərdən biri Qazaxıstanın Avrasiyanın tamhüquqlu nəqliyyat-logistika mərkəzi kimi formalaşması ilə bağlı strateji vəzifənin həllidir.
“Dəhlizlərə rahat çıxış, eləcə də daxili logistikanın yaxşılaşdırılması bu məsələdə böyük əhəmiyyət kəsb edir. Buna görə də növbəti 6 il ərzində (2030-cu ilə qədər) biz dəmir yolu şəbəkəsinin genişmiqyaslı modernləşdirilməsini planlaşdırmışıq, 11 min kilometrdən çox dəmir yolunun təmiri, 5 min kilometrdən artıq dəmir yolunun çəkilməsi nəzərdə tutulur”, -deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 15 Noyabr 2024 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















