Icma.az
close
up
RU
Azərbaycana qarşı basqıların qarşısında ancaq partiyalar, media dura bilər RƏYLƏR

Azərbaycana qarşı basqıların qarşısında ancaq partiyalar, media dura bilər RƏYLƏR

Icma.az, Sia Az saytına istinadən bildirir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri hörmətli Ədalət Vəliyevin rəhbərliyi ilə siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də siyasi dialoq mühitinin təşviq olunması məqsədilə fevralın 25-də "Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” adlı dəyirmi masa keçirilib. SİA mövzu ilə bağlı Ağ Partiyasının sədri Tural Abbaslı və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin fikirlərini öyrənib.

Ağ Partiyasının sədri Tural Abbaslı: "Siyasi partiyalar və qanunvericilik orqanı ilə iş üzrə şöbənin təşkilatçılığı ilə "Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması" adlı dəyirmi masa keçirildi. Dəyirmi masada partiya sədrləri iştirak edirdi. Yəni Azərbaycanda fəaliyyət göstərən 26 partiyadan 24-nün, eyni zamanda media nümayəndələri, dövlət qurumlarının nümayəndələri, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası, Mərkəzi Seçki Komissiyası və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə birgə dəyirmi masa keçirildi. Qeyd etdiyim mövzuda Ağ Partiya olaraq biz də bu tədbirdə iştirak etdik. Bu yeni siyasi münasibətlər sisteminin formalaşması istiqamətində bəzi fikirlərimizi səsləndirdik. Digər partiya sədrləri də bu istiqamətdə və müxtəlif mövzularda fikirlər səsləndirdi. Güman edirəm ki, xeyli faydalı dəyirmi masa oldu. Mənə elə gəlir ki, yeni münasibətlər sisteminin formalaşmasında bu dəyirmi masadan irəli çıxan nəticələr, yaxud səsləndirilən fikirlər də öz rolunu oynayacaq. Belə dəyirmi masaları faydalı hesab edirəm. Davamlı olmasının vacibliyini vurğulayıram. Ümumiyyətlə, şöbə mütəmadi olaraq belə dəyirmi masalar keçirir. Düşünürəm ki, demokratiyanın inkişafı üçün olsun, partiyaların cəmiyyətdə və siyasi sistemdə rolunun artırılması üçün olsun, belə dəyirmi masalar önəmli, vacibdir".

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: "Ötən gün Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri hörmətli Ədalət Vəliyevin rəhbərliyi altında partiyaların, media nümayəndələrinin, tanınmış politoloqların iştirakı ilə dəyirmi masa keçirildi. Bu, Azərbaycan üçün əhəmiyyətli bir məsələdir. Azərbaycanda milli barışığın yaranmasında, onun bünövrəsinin qoyulmasında Ədalət Vəliyevin çox böyük əməyi var.

Biz Müasir Müsavat Partiyası olaraq Azərbaycan dövlətinin qurulmasında müstəsna əhəmiyyəti olan bir partiyayıq. Müasir Müsavat Partiyası 2003-cü illərdə qarışıq dövr olan bir vaxtda 4 dəfə prezidentliyə namizədlik vermişdir. Həmin ərəfədə Azərbaycana tuşlanmış məkrli siyasəti vurub darmadağın etmişəm. Eyni zamanda Azərbaycana tuşlanmış xarici qüvvələrin, Azərbaycanda aparacağı pozuculuq fəaliyyətinin üstünü açıb darmadağın etmişəm. Radikal qüvvələrə qarşı sərt arqumentli çıxışlarım olub. Ötən gün qeyd etdim ki, dünyada gedən ideoloji müharibənin Azərbaycana qarşı olan basqıların qarşısında ancaq partiyalar və onun üzvləri, media nümayəndələri dura bilər. Hal-hazırda Azərbaycanda “beyin” müharibəsi gedir. Bir neçə telekanal hal-hazırda eyş-işrətlə məşğul olur. Yaxşı olar ki, onlar bütün güclərini birləşdirib, ideoloji baxımdan xalqımızın apardığı uğurlu siyasətdə mühüm işlər görməlidirlər. Qərara gəldik ki, bu görüşlər davam eləsin, partiya rəhbərləri tez-tez KİV-də çıxışlar etsinlər.

Azərbaycana yönəlmiş məkrli siyasətin dağıdılması, xaricdən öyrədilmiş mənfur qüvvələrə qarşı birlikdə mübarizə aparmağı qarşımıza məqsəd qoymuşuq. Ölkədə siyasi balansı qoruyub, saxlayan qurum “Partiyalarla iş şöbəsi”dir. Ümumi 26 partiyadan, 2 partiya iştirak etmirdi. “Xalq cəbhəsi” və “ Müsavat” partiyası Azərbaycan xalqına düşmən kəsilmiş partiyalardır. Düşünürəm ki, bundan sonra əl-ələ verib dövlətimizin yanında olub, işlər görəcəyik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Fevral 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri