Icma.az
close
up
RU
Azərbaycana qarşı ideoloji müharibə: əsas istiqamətləri və məzmunu

Azərbaycana qarşı ideoloji müharibə: əsas istiqamətləri və məzmunu

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 29 sentyabr, AZƏRTAC

İdeoloji təhlükəsizliklə əlaqədar qarşıda duran vəzifələrdən biri gənc nəslə ideoloji təxribatların məqsədi, məzmunu, əsas tezislərini anlaşıqlı şəkildə öyrətməkdir.

2024-cü il sentyabrın 23-də VII çağırış Milli Məclisin açılış iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev proqram xarakterli nitqində hazırkı dövrə kimi əldə edilmiş nəticələri təhlil etdi və qiymətləndirdi, ölkəmizin və xalqımızın qarşısında duran əsas vəzifələri açıqladı və əsaslandırdı.

Prezident İlham Əliyev çıxışı zamanı bildirdi ki, “30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və nəticələr də göz qabağındadır. Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik. Halbuki bunu qəbul etmək istəməyən ölkələr və dairələr var idi, bu gün də var. Biz hamımız bunu yaxşı görürük ki, bizə qarşı əsassız ittihamlar, ikili standartlar əsasında qurulmuş ittihamlar davam edir. Ancaq bu, nə bizim iradəmizə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz”.

Prezident İlham Əliyev qeyd edir ki, “digər vacib vəzifələr ideoloji təhlükəsizliklə bağlıdır və burada da biz daim diqqətli olmalıyıq. Çünki bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bununla bərabər, bu, bizi sakitləşdirməməlidir. Ona görə biz buna daim hazır olmalıyıq və bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir - bizim dostumuz kimdir, düşmənimiz kimdir. Əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir, daha başqa uzağa getmək lazım deyil. Bizi kim dəstəkləyib, suverenliyimizin bərpa edilməsində kim təbrik edib? Bu, bizim dostlarımızdır. Buna qarşı kim çıxıb və kim çıxır? Bunlar bizə dost ola bilməzlər”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin layihəsi çərçivəsində hazırlanan məqalədə yer alıb. Məqaləni təqdim edirik.

İdeoloji təhlükəsizliklə əlaqədar qarşıda duran vəzifələrdən biri də gənc nəslə ideoloji təxribatların məqsədi, məzmunu, əsas tezislərini anlaşıqlı şəkildə öyrətməkdir. Bu məqalə bu istiqamətdə səylərdən biridir.

Azərbaycana qarşı ideoloji müharibə ölkənin xarici siyasətinə və daxili sabitliyinə əhəmiyyətli təsir göstərmək üçün müxtəlif aktorların (ölkələrin, təşkilatların, xüsusi xidmət orqanlarının, dini, siyasi qrupların və s.) çoxşaxəli fəaliyyətidir. Bu, ənənəvi müharibə deyil, siyasi məqsədlərə çatmaq üçün davamlı şəkildə qeyri-hərbi vasitələrdən istifadə edilməsidir. Bu təsirin əsas hədəfləri Azərbaycanda həmrəy cəmiyyət – dövlət münasibətlərinə, tolerant dini münasibətlərə, xarici siyasət qərarlarına, ölkənin inkişafı ilə əlaqədar əsas məsələlərlə əlaqədar ictimai rəyə, informasiya məkanına məqsədli təsir alətləri və mexanizmləri əldə etmək və təsir etməkdir. Bu məqsədlə fəaliyyətləri aşağıdakı kimi qruplaşdırmaq olar:

-Tolerant dini münasibətlərə təsir göstərmək və dini kimlik amilindən fəal istifadə edilməsi

Bu istiqamətdə dini zəmində cəmiyyətdə təfriqə yaradılması üçün konkret dini məzhəb təbliğ edilir, dini rəmzlərdən istifadə edilərək bu məzhəb ardıcıllarının qruplaşmaları yaradılır. Bu dini qrupların maliyyələşdirilməsi üçün təqaüdlər verilir, guya yardımlar edilir. Onların müqəddəs dini məkanlara səfərləri təşkil olunur. Qeyri-rəsmi təlim kursları açılır. Sosial media və onlayn platformalardan istifadə etməklə bu qruplar üçün üzvlər yığılır. Dini mərasimlərdə bu qrupların aksiyaları keçirilir, yəni dini ayinlərin icrasını faktiki olaraq bu qrupların güc nümayişinə çevirməyə çalışırlar. Azərbaycanın Qərb dünyasının, xristian dünyasının, sionizmin və s. əsarətində olması, gerçək dinə qayıtması zərurətinin yaranması barədə miflər uydurulur və bu yalanlar durmadan tirajlanır. Bu qrupların mövcudluğundan təzyiq və hədə-qorxu aləti kimi istifadə etməyə çalışırlar.

-Milli birliyə qarşı yönələn fəaliyyətlər (separatizm ideologiyalarının yaradılması və dəstəklənməsi)

Azərbaycanda ərazi, etnik separatçılığın yaradılması və qızışdırılmasına davamlı cəhdlər edilir. Ölkəmizin müasir beynəlxalq hüquq normaları çərçivəsində hamılıqla tanınmış sərhədləri daxilində, irq, din, etnik kökən, dil, ideologiya və s. əlamətlər baxımından konkret bir regionda kompakt yaşayan, həmin dövlətlə ayrılmaz siyasi-hüquqi bağlara malik, eləcə də həmin dövlətin yerdə qalan əhalisinə nisbətdə azlığı təşkil edən əhali kütlələrinin adından sui-istifadə etməyə çalışaraq “qruplar” yaratmağa səy göstərirlər. Bu azlığın məskunlaşdığı ərazinin müxtəlif siyasi, sosial-iqtisadi, tarixi, mədəni və s. sahələrlə bağlı məqsədli şəkildə tarixi bəhanələr uydururlar. Bu “liderlər”, “hökumətlər”ə xaricdə sığınacaq, tribuna verilir, onların media orqanları yaradılır.

-Azərbaycan tarixinin və dövlətçilik tarixinin təhrif olunmuş şəkildə təqdimatı və nostalgiyanın yaradılması

Azərbaycan tarixini təhrif olunmuş şəkildə təqdim etməklə müstəqil kimlik hissini zəiflətmək məqsəd kimi qarşıya qoyulur. Məqsəd Azərbaycan dövlətçiliyini köhnə ənənənin davamı kimi deyil, yeni və kövrək, postsovet dövrünün məhsulu kimi göstərməkdir. Tez-tez XIX əsrdən sonrakı dövrü azərbaycanlıların inkişaf və tərəqqisi kimi qələmə verirlər.

-Qərb ölkələrinin demokratiya adı altında mədəni və siyasi ekspansiyası

Azərbaycana qarşı ideoloji müharibənin mühüm istiqamətlərindən biri də “demokratiya ixracı” adı altında həyata keçirilən mədəni və siyasi ekspansiyadır. Bu istiqamətdə məqsəd Azərbaycan cəmiyyətində milli-mənəvi dəyərlərin, tarixi yaddaşın və dövlətçilik ənənələrinin zəiflədilməsi, əvəzində yad ideoloji modellərin, dəyərlərin və həyat tərzinin təşviq olunmasıdır.

Əsas hədəf gənc nəslin şüurunda “Qərb demokratiyası”nın alternativsiz model kimi təqdim edilməsidir. Bu məqsədlə müxtəlif təqaüd proqramları, beynəlxalq təlim və təcrübə mübadilələri vasitəsilə gənclərin ideoloji təsir altına salınması həyata keçirilir. Qayıtdıqdan sonra həmin şəxslər vasitəsilə cəmiyyətin intellektual və sosial mühitinə təsir göstərməyə çalışılır.

Qərb ölkələrinin maliyyə dəstəyi ilə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, “müstəqil” media qurumları və analitik mərkəzlər Azərbaycan cəmiyyətində “liberal dəyərlər”in təbliği ilə məşğul olur. Ənənəvi ailə modeli, milli-mənəvi dəyərlər, kollektiv kimlik anlayışları zəiflədilir, əvəzində fərdiyyətçilik və sərhədsiz “azadlıq” ideyası ön plana çəkilir.

Bununla yanaşı, Qərbin, xüsusən Avropanın bəzi ölkələrinin bir qrup təsisatı Azərbaycana qarşı ikili standartlardan çıxış edərək insan hüquqları və azadlıqları məsələsini təzyiq aləti kimi istifadə edir, ölkənin beynəlxalq nüfuzuna zərbə vurmağa cəhd göstərirlər.

Qərb ekspansiyasının mədəni tərəfi isə xüsusilə diqqət çəkir. Populyar mədəniyyət, sosial şəbəkələr və kino vasitəsilə yad ideyalar və həyat tərzi sistemli şəkildə təbliğ edilir. Gənc nəslin diqqətinin daha çox Qərbin dəyərlərinə yönəldilməsi ideoloji təsirin bir hissəsidir. Beləliklə, Azərbaycan gəncinin milli identikliyini zəiflətməyə, soykökünü unutmuş, kosmopolit bir kimliyə transformasiya etməyə çalışılır.

Müstəqil Azərbaycanın təcrübəsi göstərir ki, ölkəmizə qarşı aparılan ideoloji müharibə çoxşaxəli və davamlı xarakter daşıyır. Müxtəlif qüvvələr – dini mərkəzlər, siyasi dairələr, xüsusi xidmət orqanları, diaspor şəbəkələri, transmilli media və siyasi institutlar – bir-birindən fərqli alətlərdən istifadə etməklə eyni məqsədə xidmət edirlər: milli birliyi sarsıtmaq, dövlətçiliyin dayaqlarını zəiflətmək, ölkəni xarici təsirlərdən asılı vəziyyətə salmaq.

Azərbaycan xalqının və dövlətinin gücü, cəmiyyətin fəal müqaviməti, milli-mənəvi dəyərlərin möhkəm qorunması, xalq–dövlət birliyinin möhkəmliyi bu cür təxribatların qarşısını almaqda əsas təminatdır. Lakin müasir geosiyasi reallıq və texnoloji imkanlar fonunda ideoloji təhlükəsizlik məsələsi daim diqqət mərkəzində saxlanılmalı, yeni və çevik yanaşmalar olmalıdır.

O da qeyd edilməlidir ki, 44 günlük müharibə və sonrakı hadisələr bir daha sübut etdi ki, Azərbaycanda cəmiyyət və dövlət arasında birlik mövcuddur və bu birliyin pozulması mümkün deyil. Cəhdlər isə uğursuzluğa düçar olacaqdır.

Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini dəstəyi ilə “Bakı Politoloqlar Klubu” İctimai Birliyi tərəfindən icra olunan “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili” layihəsi çərçivəsində hazırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see292

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see186

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see166

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see154

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see151

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see146

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see144

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

12 Noyabr 2025 08:18see144

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see141

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see139

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see139

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see138

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see138

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see137

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see133

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see132

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see131

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri