Icma.az
close
up
RU
Azərbaycana xarici ölkələrdən mövsümi işçi cəlb olunması qaçılmaz ola bilər SƏBƏB

Azərbaycana xarici ölkələrdən mövsümi işçi cəlb olunması qaçılmaz ola bilər SƏBƏB

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu il Azərbaycanda kartofçuluqda məhsuldarlığın azalması müşahidə olunur. Fermerlər də bildirirlər ki, məhsuldarlıqla bağlı da geriləmə müşahidə olunur.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirdi ki, məsələyə daha ətraflı yanaşdıqda, ilkin səbəbin işçi qüvvəsinin çatışmazlığı olduğu görünür:

"Regionlarda əsasən bitkiçilik və heyvandarlıqla yaşlı nəslin nümayəndələri məşğul olur. Gənc nəsil isə bu sahəyə maraq göstərmir. Digər tərəfdən, kartof zəhmət tələb edən məhsuldur və onun becərilməsi asan deyil. Bu səbəbdən də kənd təsərrüfatı məhsulları artıq daha çox ailənin şəxsi tələbatını ödəmək məqsədilə əkilir, satış və genişmiqyaslı istehsal isə azalır.

Yaşlı nəslin bu sahədəki fəaliyyəti də müəyyən çətinliklərlə üz-üzədir. Belə ki, 35 yaşdan yuxarı insanlar üçün iş tapmaq çətindir, eyni zamanda onlar hələ təqaüd yaşına çatmayıblar. Təqaüdə çıxanların isə pensiyası aylıq tələbatlarını tam qarşılamır. Bu da onların kənd təsərrüfatı ilə aktiv məşğul olmalarını çətinləşdirir. Hazırda ölkədə kartof sahələrinin azaldığı, daxili istehsalın bazar tələbatını ödəmədiyi qeyd olunur".

İqtisadçı hesab edir ki, mövcud tendensiya davam edərsə, bir neçə ildən sonra Azərbaycanda da digər ölkələrdə olduğu kimi, mövsümi xarici işçi qüvvəsinin, məsələn, Suriya və Əfqanıstan kimi ölkələrdən cəlb olunması qaçılmaz ola bilər:

"Digər bir məsələ isə insanların “öz işinin sahibi” olmaq istəməməsidir. Şəhər mühitində insanlar daha çox 8 saatlıq iş rejimini üstün tuturlar və fiziki əməkdən yayınmağa çalışırlar. Kartofun istehsalında toxumluq məhsulun qiymətləri də böyük rol oynayır. Bu sahədə tənzimləməyə ciddi ehtiyac var. Məhsulun maya dəyərinin aşağı olması üçün toxumluq materialın qiyməti uyğun səviyyədə olmalıdır ki, bazarda da satış qiyməti əlçatan olsun. Hazırda isə istər yerli, istərsə də idxal olunan toxum azad bazar prinsiplərinə uyğun olaraq istənilən qiymətə satılır. Əgər fermerlər sistemli şəkildə qeydiyyata alınsa və dövlət tərəfindən toxum satışı standartlaşdırılsa, bu kimi halların qarşısı müəyyən qədər alına bilər".

G.Hüseynova qeyd etdi ki, kartof “ikinci çörək” sayılır.

"Əsasən aztəminatlı və orta təbəqənin tələbat məhsulu olduğundan onun qiyməti mühüm sosial əhəmiyyət daşıyır. Əvvəlki illərlə müqayisədə alıcılıq qabiliyyətini ölçmək üçün insanlar minimum əmək haqqını kartofun 1 kiloqram satış qiymətinə bölməklə müqayisə aparırlar.

İdxal olunan toxum və ya kartof məhsuluna gəldikdə isə hər torpağın öz məhsulu olduğu unudulmamalıdır. İdxal məhsullar yerli məhsullar qədər təbii və keyfiyyətli olmaya bilər. Onların yetişdirilməsi üçün bəzən tərkibi bəlli olmayan preparatlar istifadə olunur ki, bu da məhsulun keyfiyyətinə və insan sağlamlığına təsir edə bilər" , - deyə o vurğuladı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 İyul 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri