Icma.az
close
up
RU
Azərbaycançılığın əsas prinsipləri: fəlsəfi təhlil

Azərbaycançılığın əsas prinsipləri: fəlsəfi təhlil

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

III silsilə

I məqalə

Azərbaycançılıq konsepsiyasının mahiyyəti

Bu barədə, əlbəttə, çoxlu sayda qiymətli fikirlər ifadə olunmuşdur. Bizim bu mövzuda silsilə məqalələrimizdə də Azərbaycançılığın mahiyyəti barədə müxtəlif kontekstlərdə fikirlər vardır. Lakin Azərbaycançılığın konsepsiya olaraq bir neçə özəlliyini daim diqqətə almaq lazımdır.

Birincisi, Azərbaycançılıq Zamanda statik olan məzmuna malik deyildir – o, daim yeni məna çalarları ilə zənginləşməlidir.

İkincisi, Azərbaycançılıq milli dövlətçiliklə elə sıx bağlıdır ki, hətta müəyyən dönəmdə baş verən yeniliklərə reaksiya verməlidir. 

Üçüncüsü, Azərbaycançılıq konsepsiya olaraq çevik struktur-funksional keyfiyyətlərə malikdir. Bu da onun semantik və funksional sahəsi arasındakı nisbətin dönəmin tələbinə uyğun olaraq yeniləşməsini istisna etmir.

Bu üç faktor sintez halında Azərbaycançılığın daxili məntiqi dinamikasını yeniləşdirmək zərurətini ifadə etməklə yanaşı, onun sosial mühitdə funksional səmərəliliyini daim yeni səviyyəyə yüksəltmək ehtiyacını da aktuallaşdırır. Bu məqamı Azərbaycançılığın konsepsiya kimi müxtəlif tədqiqatçılar tərəfindən tədqiqinin istiqamətlərindən görə bilərik. Eyni zamanda, Azərbaycan dövlət başçısının məsələyə münasibəti də həmin qənaəti təsdiq edir.  

Qurultay: Azərbaycançılıq ideologiyası və dövlətçilik dəyərləri

Azərbaycan Prezidenti YAP-ın VIII Qurultayındakı nitqində azərbaycançılıq ideologiyası haqqında dövlətçilik dəyərlərinin daha da gücləndirilməsi aspektində olduqca vacib tezislər irəli sürmüşdür. Onların qayəsi Azərbaycançılığın geniş anlamda dövlətçilik dəyərlərinin semantik və funksional aspektlərdə daha da gücləndirilməsi ilə bağlıdır. Konkret olaraq, ölkə rəhbəri Azərbaycançılığı müstəqil dövlətçiliyin inkişafına təkan verən, hətta onun başlıca təkamül mexanizmlərindən biri olan fenomen kimi daim aktuallaşdırılması zərurətini ifadə etmişdir.

Bu zaman konkret istiqamətləri də Azərbaycan lideri dəqiq ifadə etmişdir. Onlar aşağıdakılardır:

Milli birlik və ideoloji təhlükəsizlik (Azərbaycançılıq kənardan özünü göstərən ideoloji təhdid və psixoloji-şüuri manipulyasiyalara qarşı ən güclü “immunitetdir”);

Milli-mənəvi dəyərlərin və kimliyi qorumanın əsas dayağı və praktiki reallaşma bünövrəsi Azərbaycançılıqdır;

Gənc nəslin tərbiyəsi Azərbaycançılıq üçün çox prinsipial bir məsələdir;

Qalib lider, ölkə və dövlət kontekstində birliyin təminində Azərbaycançı aparıcı rol oynamalıdır. Yəni bu istiqamətdə Azərbaycançılıq cəmiyyəti vahid məfkurə ətrafında birləşdirən faktor olmalıdır.

Mədəniyyətlərarası Dialoq Forumu

Vurğulanan tezislər oktyabr ayının 27-də Bakıda açılış mərasimi olan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bir daha səsləndirilmişdir. Forumun mövzusu “Ortaq gələcək naminə dialoq” idi. Bu mövzu kontekstində Prezident İlham Əliyev tədbirdəki dərin məzmunlu çıxışında ifadə etmişdir: “Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib”. 

Deməli, Azərbaycançılıq xüsusi mənəvi-ideoloji, fəlsəfi, elmi, dünyagörüşü və mədəni fenomen kimi indiki mərhələdə dövlət başçısı tərəfindən davamlı aktuallaşdırılır və gündəmdə saxlanılır. Bunun arxasında dövlətçilik və milli birlik baxımından çox vacib faktorlar dayanır. Onun anlamlarından biri də ölkənin elm adamlarının, təşkilatlarının, media kəsiminin Azərbaycançılığın tədqiqi, təbliği və təşviqi istiqamətlərində titanik fəaliyyət göstərməsi zərurətinin dərindən dərk edilməsi ilə bağlıdır. Burada təbii ki, alimlərin Azərbaycançılığı tədqiqi məsələsi ön sırada yer alır. 

Məsələnin bu aspekti üzərində geniş dayanmağa ciddi ehtiyac vardır. 

Azərbaycançılıq: milli-mədəni düşüncənin əsas ideya dayağı

AMEA prezidenti akademik İsa Həbibbəyli “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” (2019) adlı monoqrafiyasında yazır: “Azərbaycançılıq tə­­li­minin ye­ri­ni və əhə­miy­yə­ti­ni da­ha ay­dın su­rət­də tə­səv­vür et­mək üçün ümumiy­yət­lə, Azərbaycançılıq kon­sep­si­ya­sı­nın ma­hiy­yə­ti­ni ay­dın su­rət­də müəyyənləşdir­mək zə­ru­ri­dir” (s.104). 

Burada iki fikir mənaca bir-biri ilə sıx bağlılıqda ifadə edilmişdir. 

Birincisi, Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü tezislər fonunda Azərbaycançılıq tə­­li­minin ye­ri­ni və əhə­miy­yə­ti­ni konseptual səviyyədə da­ha ay­dın surətdə tə­səv­vür et­mək istiqamətində alimlərimizin və instututlaşmış elmi qurumlarımızın (ilk növbədə AMEA-nın), təhsil sistemimizin üzərinə yeni məsuliyyət düşür. 

İkincisi, Azərbaycançılıq təliminin müasir tələblər səviyyəsində əsaslı elmi tədqiqinin mərkəzi məsələsi Azərbaycançılıq kon­sep­si­ya­sı­nın ma­hiy­yə­ti­nin elmi olaraq daha sistemli, dövlətçilik kontekstində konkret hədəfli ən müasir elmi və fəlsəfi yanaşmalar əsasında tədqiqi mühüm vəzifəyə çevrilmişdir. 

Vurğulanan bu iki aspektin vəhdətinin elmi baxımdan əsas strateji hədəfi aşağıdakı tezisin fəlsəfi-elmi təsdiqi olmalıdır: “Azərbaycançılıq – müs­tə­qil Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət ideo­lo­gi­ya­sı­dır! Azər­bay­can xal­qı­nın Ümum­mil­li Li­de­ri Hey­dər Əli­yev müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin ba­ni­si və qu­ru­cu­su, Azər­baycançılıq döv­lət ideo­lo­gi­ya­sı­nın ya­ra­dı­cı­sı­dır!”(s. 104).

Beləliklə, akademikin Azərbaycançılığın tədqiqinə yanaşmasında başlıca məqam azərbaycançılıq konsepsiyasının milli-mədəni düşüncənin əsas ideya dayağı kimi dərk edilməsi ilə sıx bağlıdır. Yəni Azərbaycançılığı sadəcə siyasi şüar kimi dərk etmək yanlışlıqdır. O, əsasən milli özünüdərk, tarixi yaddaş, dil birliyi və ədəbi-mədəni davamlılıq kontekstində ideya, konsept, konsepsiya və prinsipdir. 

Bir qədər də açıq ifadə etsək, vurğulanan sistemli yanaşma bağlılığında Azərbaycançılıq ciddi sosial-praktiki-tətbiqi potensialı olan şüuri təcrübə növüdür. O, azərbaycanlıların kollektiv yaddaşında artıq “xüsusi kodlar sistemidir” ki, milli məsələlərdə müəyyənedici və istiqamətləndirici rol oynayır. Buradan Azərbaycançılıq konsepsiyasının başlıca müddəalarını almaq olar.    

5 ümumi tezis

Nümunə kimi göstərdiyimiz konsepsiyada Azərbaycançılıq beş əsas tezisin mənaca qarşılıqlı əlaqəsi müstəvisində dərk edilir. Onlar aşağıdakılardır:

Azərbaycan xalqının milli kimliyini ifadə edən ideoloji-fəlsəfi sistemdir;

Humanitar elmin inkişaf mərhələlərini milli dövlətçilik və milli düşüncə ilə əlaqələndirən əsas meyardır;

Azərbaycan dilini, mədəniyyətini, tarixi yaddaşını və ədəbi ənənələrini birləşdirən konsepsiyadır;

Ümumtürk, İslam və Qərb mədəni əlaqələri fonunda Azərbaycan milli özünəməxsusluğunu önə çıxaran yanaşmadır;

Azərbaycan humanitar elmi təfəkkürünün  tarixinin dövrləşdirilməsində milli mənafeləri və azərbaycançılıq ideyasını əsas götürən metodoloji prinsipdir.

Bu tezislərin hər birinə ayrılıqda baxmaq və onların mənaca sintezini Prezident İlham Əliyevin yuxarıda vurğulanan dərin məzmunlu müddəaları fonunda fəlsəfi-elmi təhlil  etmək faydalı olar.

Burada əsas istiqamətverici tezislərdən biri Azərbaycançılığın tarix boyu dövlətçiliyimizin, dil, mədəniyyət və mənəviyyat tariximizin atributlarından biri kimi qəbul edilməsi ilə bağlıdır. 

Azərbaycançılıq: milli kimliyin ideoloji-fəlsəfi sistemi

Bu aspekt Azərbaycançılıqda ayrıca yer tutur və əhəmiyyəti böyükdür. Onun tarixi, siyasi və elmi tərəfləri mövcuddur. Tarixi olaraq aazərbaycanlıların bir qövm kimi təkamülündə azərbaycançılıq dönəmin sosial-siyasi, geosiyasi, iqtisadi ideoloji və mədəni xüsusiyyətlərindən asılı olaraq fərqli kollektiv şüuri təcrübəsi mövcud olmuşdur. Bu təcrübəyə uyğun olaraq həmin dövrdə Azərbaycançılığın məzmun və forması haqqında konkret fikirlər özünü göstərmişdir. 

Həmin fikirlərin semantikası və yaratdıqları ümumi konseptual mənzərə Azərbaycançılıq ideyası, konsepti, konsepsiyası, məfkurəsi ilə sivilizasiya faktorunun qarşılıqlı münasibətlərində yaranan ortaq “məna sahəsi”ndə formalaşmışdır. Dünyagörüşü və metodoloji baxımdan “Azərbaycançılığın məfkurəviliklə sivilizasiyalılığın ortaq məna sahəsində aktuallaşması” tezisi Prezident İlham Əliyevin ifadə etdiyi fikirlər prizmasında olduqca aktual görünür.     

Burada hər şeydən öncə, milli kimliyin tarixi təkamülündə Azərbaycan xalqının öz məfkurəvi düşüncə sistemi ilə dövrün sivil xüsusiyyətlərinin vahid bucaq altında nəzərə alınmasının ciddi rol oynamasının vurğulanmasını qeyd etməliyik. Çünki bu məqam, ümumiyyətlə, Azərbaycan xalqının tolerant, dialoqa açıq, sülhsevər, əməkdaşlıq meylləri ilə regionda seçilən qövm olmasının fəlsəfi-elmi əsasını aydınlaşdırmağa geniş imkanlar açır. 

Eyni zamanda, dövlət başçısının davamlı olaraq vurğuladığı dövlətçilikdə ideoloji faktorun həmişə aktual olacağı tezisinin vacibliyi bir daha özünü göstərir. Buradan isə ideoloji təhlükəsizliyin təmini ilə fiziki təhlüksizliyin təmininin eyni aktuallıq kəsb etməsi ilə bağlı ölkə rəhbərinin tarixi fikrinin əhəmiyyətini elmi kontekstdə dərk edə bilərik. 

Belə alınır ki, Azərbaycançılıq konsepsiyasını onun əsas prinsiplərini adekvat müəyyən etmək və onun praktiki fəaliyyət müstəvisinə proyeksiyasına nail olmaq kontekstində hazırlamaq dövlətçiliyin möhkəmlənməsi baxımından strateji əhəmiyyəti olan fəaliyyətdir. Çünki milli kimlik faktiki olaraq dövlətçilikdə romantik deyil, praktiki təsiri olan Vətənpərvərliyin tərbiyəsində aparıcı faktordur. Milli kimlik həmin mənada vətəndaşın özünə, mənsub olduğu xalqa və dövlətçiliyə gerçək münasibətinin semantik akkumulyasiya sahəsindəki mənalar sistemidir. Əlbəttə, həmin mənalar sisteminin əsaslı konseptual tədqiqi çox vacib məsələdir. 

Burada müəyyənedici kriteriyalar sırasına sivilizasiya faktorunun daxil edilməsi xüsusi məna kəsb edir. Onun təsir dairəsinin müəyyənləşməsi isə yalnız şüuri təcrübənin təkamül dinamikasının koqnitiv özəlliklərinin aydınlaşması baxımından aktual deyil, həm də sürətlə dəyişən müasir dünyada uğurlu dövlətçi olmanın əsas parametrlərini müəyyən etməyə imkanlar yaradır. 

Axırıncı tezisdən çıxış etsək, hazırkı mərhələdə azərbaycançılığın milli kimliyin ideoloji-fəlsəfi sistemi kimi əsas xüsusiyyətləri sırasında dil faktorunun ön sıraya çıxarılmasının dərin konseptual və ekzistensial anlamı olduğu qənaətinə gələ bilərik. Dövlət başçısının konseptual və doktrinal mahiyyətli fikirlərində bu məqam xüsusi yer tutmuşdur. 

Buna görə də təqdim edilən yanaşmada Azərbaycan dilinin milli kimliyin, özünüdərkin və mədəni varlığın başlıca mənəvi dayağı kimi ifadə olunmasının dövlətçiliyin inkişafı və ideoloji təhlükəsizliyin təmini baxımından dərin mənası vardır.

Sonuncu tezisdə dil, milli kimlik, özünüdərk və mədəni varlığın qarşılıqlı əlaqədə dərk edilməsinin humanitar elmi təfəkkürün dövrləşdirilməsi aspektində də aktuallığı danılmazdır. Çünki Azərbaycançılığın daim elmi əsaslı adekvat dərk edilməsi bir zərurətdirsə, onu həyata keçirməyin mərkəzi punktu humantiar elmi təfəkkürün dövrləşidirilməsidir.  

(ardı var)

Füzuli Qurbanov
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Oktyabr 2026 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri