Icma.az
close
up
RU
Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 12 oktyabr, AZƏRTAC

Məktəb uşaqlar üçün cəmiyyətə atdıqları ilk addım, özlərini tapdıqları ikinci evdir. Məhz buna görə də məktəb mühiti elə qurulmalıdır ki, orada hər bir uşaq özünü tamamilə bərabər, dəyərli və təhlükəsiz hiss etsin. Bir anlıq sinif otağını təsəvvür etsək görərik ki, fərqli ailələrdən, fərqli maddi imkanlardan və mühitlərdən gələn onlarla uşaq eyni partanı bölüşür. Onların məktəb qapısından içəri girərkən tək bir ortaq cəhəti sadəcə şagird olmaq olmalıdır. Vahid məktəbli forması əslində birliyin, bərabərliyin ən gözəl göstəricisidir. Sinifdə fərqləndirici geyim elementlərinin istər bahalı marka geyimlərin, istərsə də dini atributların olmaması uşaqlar arasında yarana biləcək görünməz psixoloji sədləri darmadağın edir.

Bunu AZƏRTAC-a açıqlaçasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

O bildirib ki, son zamanlar vahid məktəbli formasını "hicaba qarşı qadağa" kimi qələmə vermək cəhdlərini görürük. Heç şübhəsiz ki, bu, bəzi xarici dairələrin və müxtəlif ideoloji hərəkatların məqsədli təbliğatıdır. Halbuki burada məqsəd kiminsə inancına qarşı çıxmaq kimi başa düşülməməlidir. Əsas məqsəd mütləq bərabərliyi qorumaq, ölkəmizin ideoloji təhlükəsizliyini təmin etmək və ən əsası övladlarımızın heç bir kənar təsirə məruz qalmadan təhsil almasıdır. Mən özüm də müsəlmanam və İslam dəyərlərinə dərindən hörmət edirəm. Lakin həddi-büluğa çatmamış, dünyagörüşü hələ tam formalaşmamış bir uşağı böyüklərin dünyasına aid olan dini ideologiyalarla yükləmək onların o təmiz dünyasına haqsızlıqdır. Heç bir uşağın erkən yaşda seçiminə müdaxilə etmək, həmçinin məktəbdə hansısa şəxsin dini təbliğat aparmasına imkan vermək olmaz. Uşaq əvvəlcə təhsil almalı, dünyanı dərk etməli, şəxsiyyət kimi formalaşmalı və yalnız bundan sonra artıq yetkin və azad bir fərd olduqda öz mənəvi seçimini özü təyin etməlidir.

"Bu baxımdan müəllimlərimizin də üzərinə böyük, bəlkə də həlledici məsuliyyət düşür. Unutmamalıyıq ki, müəllim uşaq üçün ən böyük nümunədir. Körpə yaşlarından uşaqlar müəllimlərinin hərəkətlərini, danışığını, hətta geyimini belə şüuraltı olaraq mənimsəyir, ona bənzəməyə çalışırlar. Biz uşaqlarımızı kənar ideoloji təsirlərdən qorumağa çalışarkən, onlara təhsil verən şəxslərin vizual olaraq hər hansı bir dini mənsubiyyəti nümayiş etdirməsi məktəbin "neytral məkan" prinsipi ilə birbaşa ziddiyyət təşkil edir. Sinif otağına daxil olan pedaqoq öz fərdi inanclarını, ideoloji kimliyini məktəbin qapısında qoymağı bacarmalı, uşaqların qarşısına heç bir fərqləndirici atribut daşımayan aydın ziyalı kimi çıxmalıdır", - deyə Rəşadət Xalıqov söyləyib.

Onun sözlərinə görə, heç şübhəsiz bəzi qərarların qəbulu və icrası çətin, cəmiyyətin müəyyən kəsimi üçün bəlkə də ağrılı ola bilər. Lakin məsələ dövlətimizin varlığı, milli mövcudluğumuz və müstəqilliyimizdirsə, heç bir güzəştdən söhbət gedə bilməz. Azərbaycançılıq dəyərləri, dövlətimizin dünyəvi sütunları hər şeydən və hər kəsdən üstün olmalıdır. Çünki məktəblərimizdə formalaşan təhsilli gənclik həm də gələcək Azərbaycan dövlətidir. Allah xalqımızı və dövlətimizi qorusun!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Oktyabr 2026 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see400

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see396

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see384

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see263

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see255

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see240

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see216

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see215

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see177

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri