“Barselona” Qvardiolun transferində Rodrinin köməyinə ümid edir
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
İspaniyanın “Barselona” klubu İngiltərənin “Mançester Siti” komandasının müdafiəçisi Yoşko Qvardiolu transfer etmək niyyətindədir.
İdman.Biz “El Nacional” nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Rodri sabiq komanda yoldaşının transferində mühüm rol oynaya bilər.
“Barselona” hələ Rodrinin transferi ilə bağlı danışıqlar zamanı Qvardiolu da heyətinə qatmağa çalışıb. Lakin İngiltərə klubu xorvatiyalı müdafiəçini satmaqdan imtina edib.
Həm müdafiənin mərkəzində, həm də sol cinahında çıxış edə bilən 24 yaşlı futbolçunun oyun xüsusiyyətləri “Barselona”nın baş məşqçisi Hans Flikin tələblərinə uyğundur.
Qvardiolun “Mançester Siti” ilə müqaviləsinin 2031-ci ilin iyununa qədər qüvvədə olması transferi çətinləşdirir. Bu səbəbdən Kataloniya klubu keçidi qışda deyil, 2027-ci ilin yayında reallaşdırmağı daha məqsədəuyğun hesab edir.
“Mançester Siti”nin mümkün sanksiyalarla üzləşməsi də transferin taleyinə təsir göstərə bilər. Belə olan halda Rodri yaxın münasibətdə olduğu Qvardiolu “Barselona”ya keçməyə razı salmağa çalışa bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 27 Noyabr 2026 00:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















