Bu, böyük və qəsdən edilmiş səhvdir Tramp
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” hesabında paylaşım edib.
“Üçüncü rüb üzrə ÜDM-in artım göstəriciləri yenidən nəzərdən keçirilib. Bu, böyük fərqdir! Nə üçün düzgün məlumatlar seçkilərdən əvvəl açıqlanmayıb? Bununla bağlı dərhal araşdırma aparılmasını tələb edirəm. Bu, kiçik deyil, böyük və qəsdən edilmiş səhvdir”, – deyə Tramp bildirib.
Onun sözlərinə görə, seçkilərdən əvvəl açıqlanan iqtisadi göstəricilər saxtalaşdırılıb və sonradan müvafiq qurumun əməkdaşları tərəfindən düzəldilib.
Tramp əlavə edib ki, onun administrasiyası dövründə ABŞ iqtisadiyyatının vəziyyəti əvvəllər açıqlanan müsbət göstəricilərdən daha yaxşıdır.
Qeyd edək ki, ABŞ Ticarət Nazirliyinin İqtisadi Təhlil Bürosu ölkənin üçüncü rüb üzrə illikləşdirilmiş ÜDM artımı göstəricisini 3,4 faizdən 4,3 faizə yüksəldib.
Qurum oktyabrın 29-da açıqladığı ilkin qiymətləndirmədə iqtisadi artımın 3,4 faiz təşkil etdiyini bildirmişdi. İlkin göstəricilərin yenidən nəzərdən keçirilməsi qurumun standart təcrübəsidir.(APA)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 27 Noyabr 2026 00:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















