Azərbaycanda 10 ayda 300 min 73 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 19 noyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlak üzərində 300 min 73 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, qeydiyyata alınan mülkiyyət hüququnun 57 min 614-ü (19,2 %) ilkin, 242 min 459-u (80,8 %) isə təkrar qeydiyyatın payına düşür.
Yanvar-oktyabr ayları ərzində fərdi yaşayış və bağ evi üzərində – 58 min 587, mənzil – 78 min 92, torpaq sahəsi – 152 min 521, qeyri-yaşayış binası – 2592, qeyri-yaşayış sahəsi – 7564, əmlak kompleksi – 616, çoxmərtəbəli yaşayış binası – 98 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 84 min 431-i Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Bu ilin on ayında 214 min 701 texniki pasport tərtib edilib, 51 min 753 ipoteka müqaviləsi qeydiyyata alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 19 Noyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















