Azərbaycanda 10 ayda vergi daxilolmaları 14 milyard manatı keçib AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 14 milyard 148,4 milyon manat vergi daxil olub.
"Report" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,05 % azdır.
10 aylıq vergi daxilolmalarının 9 milyard 551,4 milyon manatı və yaxud 67,5 %-i qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 13,9 % çoxdur.

Azərbaycanda 10 ayda vergi daxilolmaları 14 milyard manatı keçib
15 Noyabr 2024 12:54
