Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Güzgülər: Elm, mistika, tarix və folklor arasında sirlərlə dolu bir dünya

Güzgülər: Elm, mistika, tarix və folklor arasında sirlərlə dolu bir dünya

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

llüziya yoxsa gerçək?

Güzgülər insan həyatında həm adi məişət əşyası, həm də minilliklər boyunca sirli qüvvələrlə əlaqələndirilən mistik bir rəmz kimi mövcud olub. Onlar həm işığı əks etdirir, həm də insan şüurunun, qorxularının, inamlarının və miflərinin mərkəzində dayanır. Bəzi xalqlarda güzgü “şəxsin daxili dünyasına açılan qapı” sayılır. Başqasının güzgüsünə baxmağın onun taleyinə qarışmaq, şəxsi sahəsinə daxil olmaq, evin enerjisini pozmaq kimi mənalar daşıdığına inanılır.Bu araşdırmada güzgülərin çoxqatlı mahiyyətinə elmdən tutmuş, tarixə, folklora və mistik inanclara qədər geniş nəzər salmağa çalışacam.

Elmi baxış: Güzgü necə işləyir?

Elmə görə güzgü sadəcə işığı çox yüksək dərəcədə əks etdirən hamar səthdir. Lakin bu sadə mexanizmin arxasında maraqlı proseslər dayanır. Əks olunma prinsipi. Güzgünün səthi adətən alüminium və ya gümüşlə örtülmüş şüşə, işıq şüalarını minimal itki ilə geri qaytarır. Buna specular reflection, güzgüvari əks olunma deyilir.

Güzgü beynimizə necə təsir edir?

Elmi araşdırmalar göstərir ki, insan güzgüyə baxanda beynin özünü tanıma ilə bağlı sahələri aktivləşir. Güzgü insanın özünüdərk səviyyəsini artırır, davranışını daha nəzakətli edir. “Güzgü neyronları” deyilən xüsusi neyronlar güzgü qarşısında emosiyaları daha güclü hiss etməyə səbəb olur. Yəni güzgü insan psixologiyasına sadəcə görüntü ilə deyil, dərin neyroloji təsirlərlə də təsir edir.

Güzgünün minilliklər boyunca inkişafı

Güzgü ilə bağlı folklor inancları dünyanın demək olar ki, bütün xalqlarında mövcuddur. Hətta bəzən bir-biri ilə tam əks fikirləri belə əhatə edir.Güzgülərin tarixi insan mədəniyyətinin öz inkişafına paralel şəkildə dəyişib. Məsələn, Azərbaycan və türk inanclarında gecə güzgü sındırmaq uğursuzluq gətirir. Yeni gəlinlərin toy günü güzgüyə baxması rifah rəmzi sayılır. Həmçinin nəzərdən, pis gözdən, pis nəfsdən qorunur. Evdə güzgünü qapı qarşısına assan, pis nəzər geri dönər. Uşaqların uzun müddət güzgüyə baxmaları ruh çaşqınlığı yaradır.Qədim dövrlərdə Misirlilər ilk güzgüləri cilalanmış metaldan hazırlayırdılar. Şumerlər və Misir kahinləri güzgünü müqəddəs əşyalar arasına daxil etmişdilər.Orta əsr Avropasında güzgülər lüks əşya hesab olunurdu və aristokrat ailələrdə olurdu. Güzgü qırılması 7 il uğursuzluq deməkdir. Hətta onların “ruhlara pəncərə” olduğuna inanılırdı. Vampirlərin güzgüdə görünməməsi onların ruhsuzluğu ilə izah olunur. Güzgülər cinləri və kabusları əks etdirdiyinə görə yuxusuzluğa səbəb ola bilər.Venesiya dövründə, 16–17-ci əsrlərdə Venesiya güzgü istehsalı ilə dünyada məşhur idi. Venesiya güzgüləri o qədər dəyərli idi ki, ustaların sirləri açmaması üçün ciddi nəzarət vardı.Çin folklorunda isə güzgü pis ruhları zəiflədən güclü qoruyucudur. Evə daxil olan ruhlar ilk olaraq güzgüyə baxır, burada öz çirkinliklərini görüb geri çəkilirlər. Çinlilər tunc güzgüləri bəzən sirlər, əfsunlar və qoruyucu yazılarla naxışlayırdılar.Slavyan inanclarında güzgüyə su ilə baxıb gələcəyi görmək ən qədim fal üsullarından hesab olunurdu. Gecə saat 12-də güzgü qarşısında şam yandırmaq təhlükəli sayılırdı.Müasir dövrdə isə güzgülər teleskoplardan lazer sistemlərinə qədər çox sahədə istifadə edilir. Yəni güzgü həm qədim inancların, həm də müasir elmin bir hissəsidir.

Mistika: Güzgü başqa aləmlə əlaqə qapısı kimi

Güzgülər mistik ənənələrdə bəlkə də ən çox qorxuyla qarışıq hörmət doğuran əşyalardan biri idi. Bir çox ezoterik və okkult təlimlərə görə güzgü sərhəd qapısı kimi, yəni fiziki dünya ilə qeyri-fiziki aləm arasında pəncərə, ruhların görüntüləndiyi sahə, enerji keçid qapısı hesab edilirdi.Mistik inanclara görə gecə insanın enerjisi daha zəif olur və güzgü bu zəifliklə oynayaraq “kölgə varlıqlarını” göstərə bilər. İnsanın aura sahəsində qarışıqlıq yarada, yuxu aləmi ilə real aləm arasındakı sərhədi poza bilər. Buna görə də nənələrimiz gecə güzgüyə baxmağı qadağan edirdi.İnanclara görə hər insanın öz enerjisi var və güzgü həmin enerjini yadda saxlayır. Güzgü mənfi enerjini özünə çəkə bilir. Uzun müddət eyni yerdə qalan güzgü gərginliyi yığır və mütəmadi təmizlənməlidir. Güzgü qarşı-qarşıya qoyulmamalıdır, bu “sonsuz enerji dövrəsi” yaradır və evdə negativlik artır.Başqasının güzgüsünə baxmaq olmaz. Çünki başqasının güzgüsünə baxdıqda öz enerjini həmin güzgüdə qoyursan, güzgüdə olan başqa enerjiləri isə özünə çəkirsən. Bu, insanın enerjisinin tükənməsinə, özünü halsız hiss etməsinə səbəb ola bilər.Çox qədim adətlərdən biri də qonaq gedən kimi güzgünün təmizlənməsidir. İnanclara görə evinizə gələn qonaq evdəki güzgüyə baxanda öz enerjisinin bir hissəsini güzgüdə qoyur,ev sahibinin enerjisindən də özünə götürür. Xüsusilə ağır enerjili insanlar gəlibsə qonaq gedəndən sonra dərhal güzgüdən “enerji izini” təmizləmək lazımdır.Qədim inanclardan biri də çatlamış güzgülərdir. Çatlamış güzgünü evdə saxlamaq olmaz. Çünki çat güzgüdə enerjinin pozulması deməkdir. Evdə uğursuzluq və anlaşılmazlıqlar yarada bilər. Görüntü parçalandığı üçün “tale parçalanması” hesab olunur.Güzgü evdə düzgün yerdə olmalıdır. Məsələn, güzgü enerjini çəkdiyi üçün yatağın qarşısında olmamalıdır. Qapının qarşısındakı güzgü uğuru geri qaytarır, güzgü evə işıq salan yerdə olmalıdır.Tarixi və folkloru bir kənara qoysaq, güzgü həmişə insanın öz ruhuna metaforik bir pəncərə olub. Psixoloqlar deyir ki, güzgü insanın həm güclü, həm də zəif tərəflərini görməyə məcbur edir. Güzgü qarşısında özünü dərk etmək şəfa prosesinin bir hissəsinə çevrilə bilər.Güzgü haqqında mistik inanclar çox vaxt insanın öz daxili qorxularının simvolik ifadəsidir. Həmçinin güzgü minilliklərdir öz yerini qoruyan bir simvoldur. O, həm işığı əks etdirir, həm də insanı ən dərin suallarla qarşı-qarşıya qoyur. Mən nəyi görməkdən qorxuram? Güzgü mənə həqiqəti, yoxsa illüziyanı göstərir?”

Tünzalə İsmayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:397
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Dekabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri