Icma.az
close
up
RU
Türkiyəli professor: Ermənistanla Azərbaycan arasında yeni müharibə ehtimalı güclüdür SÖHBƏT

Türkiyəli professor: Ermənistanla Azərbaycan arasında yeni müharibə ehtimalı güclüdür SÖHBƏT

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

 İbrahim Ethem Atnur: “Sülh müqaviləsinin yaxın gələcəkdə imzalanmasını mümkün görmürəm”

“Silahlanmanın nəticəsi olaraq Qafqazda yenidən başlayacaq müharibə qan və göz yaşı ilə nəticələnəcək”

44 günlük müharibə və sonrakı reallıqlar Ermənistan və Azərbaycan arasındakı münasibətlərin yeni bir mərhələyə qədəm qoymasına gətirib çıxardı. Bu müharibə həm Azərbaycan, həm də Ermənistan üçün böyük bir dönüş nöqtəsi oldu. Yaranmış vəziyyətdən sonra başlayan sülh danışıqları regionun gələcək təhlükəsizlik mənzərəsini formalaşdıracaq mühüm faktorlardan birinə çevrildi.

Azərbaycanın qazandığı qələbə və hərbi üstünlük, Ermənistanın siyasi və hərbi sahədə yeni bir yanaşmaya ehtiyacı olduğunu ortaya qoydu.

Sülh müqaviləsinin hazırlanması və tərəflər arasında razılaşmaların əldə edilməsi, uzunmüddətli barışın təmin edilməsi üçün vacibdir.

Digər tərəfdən, Ermənistanın silahlanma siyasəti, bu müqavilə prosesinə və regional təhlükəsizliyə necə təsir edəcəyini müəyyən edən mühüm faktorlardandır. Rəsmi İrəvana dəstək verən xarici güclərin, xüsusilə Fransa və digər böyük dövlətlərin bu prosesdəki rolu da diqqət çəkir.

Bütün bu məsələlər, yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz və region üçün həyati əhəmiyyət kəsb edir.


Mövzu ilə bağlı Qafqaz üzrə türkiyəli ekspert, professor İbrahim Ethem Atnur "Sherg.az"a danışıb. O, müsahibəsində sülh müqaviləsinin mövcud vəziyyəti, beynəlxalq güclərin rolu və Ermənistanın silahlanma siyasətinin regional dinamikaya təsiri haqqında fikirlərini bölüşüb:


- Ermənistanın sülhə doğru addım atmaq əvəzinə silahlanmaya davam etməsi, sülh müqaviləsinin imzalanması baxımından hansı nəticələrə yol aça bilər?

- Bu günlərdə diqqətimizi çəkən məsələlərdən biri də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdikdən və Ermənistan ordusu ağır məğlubiyyətə uğradıldıqdan sonra rəsmi İrəvanın silahlanmağa davam etməsidir. Ermənistanın bir tərəfdən sülh istəməsi, digər tərəfdən, isə silahlanmağa davam etməsi paradoks kimi görünə bilər. Təbii ki, hər bir ölkə ordusunu silahla təchiz edə bilər. Bunda heç bir problem yoxdur. Lakin sülhə doğru addımlamaq istəyən Ermənistanın sülh müqaviləsini günü-gündən təxirə salması və bu arada silahlanmağa əl atması heç də yaxşı addım deyil. Bu, sülh müqaviləsinin yerinə yetirilə bilməyəcəyini göstərən bir addım kimi görünür.  


- Ermənistanın Baş naziri Paşinyanın sülh istəyi və Qərb diasporunun ona qarşı çıxan mövqeyi arasında necə bir gərginlik var. Bu ziddiyyət Ermənistanın gələcək siyasi kursuna necə təsir edə bilər?

- Hesab edirəm ki, Ermənistanın Baş naziri Paşinyan şəxsən sülh istəyir. Onun son açıqlamaları da bunu göstərir. Amma Ermənistanda buna qarşı çıxan böyük qruplar, ilk növbədə kilsə siyasəti var. Biz də görürük ki, Ermənistanı mənəvi və maddi cəhətdən dəstəkləyən Qərb diaspor qrupları Ermənistanın Baş naziri Paşinyanın əlini zəiflətməyə çalışır. Onlar sülh sazişini təxirə salmaqla vaxt udmaq istəyirlər. Qərbin dəstəyi ilə Ermənistan öz ordusunu yenidən gücləndirməyə çalışır.  


- Ermənistanın silahlanması Azərbaycana necə təsir edir?

- Bu gün Türkiyə mətbuatında yayılan məlumatlardan görürük ki, Azərbaycan bundan ciddi şəkildə narahatdır. Çünki Azərbaycan da tezliklə sülh istəyir və sülhə hazırlıq görür.


- Azərbaycanın Ermənistanın silahlanmasına qarşı narahatlığı, Türkiyə və Yunanıstan arasındakı münasibətlərin bənzərliyi ilə necə əlaqələndirilə bilər. Bu, regiondakı təhlükəsizlik məsələlərinə necə təsir edəcək?

- Ermənistan və Azərbaycan arasındakı bu vəziyyət Türkiyə ilə Yunanıstan arasında da yaşanıb. Türkiyə Fransadan bəzi raketlər almaq istəyəndə Yunanıstanın buna qarşı çıxdığını gördük. Ona görə də Azərbaycan öz milli maraqları baxımından Ermənistan ordusunun silahlanmasından son dərəcə narahatdır.


- Ermənistanın ordusunu "inkişaf etdirməkdə" ifrat dərəcəyə çatması, sülh müqaviləsinin yerinə yetirilməsi və regionda yeni bir müharibənin başlanması ehtimalı baxımından nə kimi təhlükələr yarada bilər?

- Sülh müqaviləsi imzalanandan sonra Ermənistan öz ordusunu inkişaf etdirə və təchiz edə bilər. Bunda səhv bir şey yoxdur. Ancaq bunun ifrat dərəcədə olması yeni bir müharibənin başlanması ehtimalını artırır.


- Qərbin Ermənistanyönümlü siyasətinin arxa pərdəsində hansı məqsədlər durur?

- Müşahidəmə görə, Qərb ermənilərin köməyi ilə Qafqazda ciddi nizam-intizam yaradan, ölkəsinin ərazi bütövlüyünü təmin edən Azərbaycanda sabitliyi yenidən pozmaq üçün Ermənistan aktorundan istifadə etmək istəyir.


- Fransanın Ermənistanın silahlanmasına dəstək verməsi regiondakı güc balansını necə dəyişdirə bilər? Bu, Qafqazda Fransa üçün hansı strateji əhəmiyyət daşıyır?

- Qərb Ukrayna və Rusiya arasında etdikləri kimi, Ermənistan-Azərbaycan müharibəsi ilə regionda öz milli maraqlarını önə çəkmək istəyirlər. Burada qeyd etməliyik ki, Fransanın son vaxtlar Azərbaycana qarşı mənfi münasibətinin əsası budur. Fransa Qafqazda öz siyasətini həyata keçirə bilmədiyinə görə, eləcə də erməni azlığının və erməni diasporunun təzyiqini öz daxilində hiss etdiyi üçün Azərbaycanın nailiyyətlərinə məhəl qoymur. Bölgədəki hüquq və qanunlar çərçivəsində Azərbaycanın bəzi tarixi torpaqlarına nəzarət etməsini faktiki qəbul edə bilmirlər. Bunu qəbul edə bilmədikləri üçün də Ermənistanın silahlanmasına dəstək verən ölkələr sırasında ilk sıralarda qərarlaşırlar.


- Əgər Ermənistan sülh müqaviləsini imzalamadan silahlanmanı davam etdirərsə və Azərbaycanın səbri tükənərsə, bu, Qafqazda yeni bir müharibəyə yol aça bilərmi? Belə bir vəziyyətin regiondakı sabitliyə təsiri necə olar?

- Azərbaycan təbii ki, bundan narahatdır, amma işlər belə davam edərsə və Ermənistan sülh müqaviləsi olmadan silahlanmanı bu sürətlə artırsa, yeni müharibənin başlayacağı ehtimalı güclüdür. Düşünürəm ki, Azərbaycanın səbri tükənir. Azərbaycan, Ermənistan ordusu tam güclənmədən rəsmi İrəvana qarşı addım ata bilər. Yaxud Qərbdən aldığı silahlarla özünü güclü hiss edən Ermənistan, Azərbaycana qarşı hərəkətə keçə bilər. Bu baş verərsə, silahlanmanın nəticəsi olaraq Qafqazda yenidən başlayacaq müharibə, qan və göz yaşı ilə nəticələnəcək.


- Azərbaycanın güclü ordusu var. Bu amil Ermənistanın silahlanmasına baxmayaraq, Qafqazda növbəti müharibə vəziyyətində üstünlük qazanma ehtimalını necə artırır?

- Unutmaq olmaz ki, müharibədə silah çox vacib olsa da, son nəticədə müharibəni ordular idarə edir. Ordular da insanlardan, zabitlərdən və komandirlərdən ibarətdir. Yaxşı təchiz edilmiş, təlim keçmiş insanlardan ibarət olan ordular müharibənin gedişatını dəyişə bilərlər. Bu mənada, Azərbaycanın, Ermənistan nə qədər silahlanmış olsa da, onun üzərində növbəti böyük qələbə qazanacağı ehtimalı görünür. Mən bir alim kimi istəyirəm ki, bölgəyə tezliklə sülh gəlsin və Ermənistan sülh müqaviləsini imzalayıb silahlanmadan əl çəkərək sülhə töhfə versin.


- Paşinyan sülh müqaviləsinin imzalanmasını vacib sayır. Bu istiqamətdə onun atdığı addımlar Ermənistanın siyasi kursuna necə təsir edəcək?

- Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması gündəmdədir. Paşinyan vaxtaşırı bu məsələ ilə bağlı açıqlamaları ilə diqqəti cəlb edir. Hətta bunu tarixi hadisələrlə izah edir. Əslində, Paşinyan illərdir bizim dediyimiz nöqtəyə gəlib çatıb. O, Qərbin ermənilərdən öz maraqları üçün istifadə etdiyini və bunun erməni millətinin və erməni cəmiyyətinin ziyanına olduğunu başa düşür.

Regionun tarixi və yaxın keçmişi üzərində işləyən bizlər bunu illərdir deyirik. Sülh ən çox Ermənistana və erməni xalqına sərf edir. Bu, onların rifahına və müstəqilliyinə fayda verəcək.


- Hazırda Ermənistanı və Qərbi narahat edən əsas məsələ nədir?

- Ən çox Ermənistanı qeyri-sabitlik narahat edir. Ona görə də anladığım qədər, Paşinyan sülh tərəfdarı kimi mövqe tutur. Amma əvvəlki sualınızda da izah etdiyim kimi, diaspor və Qərb dövlətləri regionda sülh istəmir. Azərbaycan və Türkiyənin yaratdığı bu sabit strukturu istəməyən Qərb regionda xaos yaratmaq üçün əlindən gələni edir.


- Sizin fikrinizcə, sülh müqaviləsinin imzalanmasını gecikdirən əsas səbəb nədir?

- Azərbaycanın ana ərazisini Zəngəzur üzərindən Naxçıvana birləşdirən və oradan Türkiyəyə qədər uzanan üçtərəfli bəyanatın Zəngəzur dəhlizi ilə bağlı, tərəflərlə razılaşdırılmış maddəsinin həyata keçirilməməsi, sülh müqaviləsini gecikdirən ən mühüm məsələlərdən biridir.


- Sülh müqaviləsinin imzalanması üçün Ermənistan hansı addımları atmalıdır?

- Ermənistanın konstitusiyasından Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımayan müvafiq maddələrin çıxarılması vacibdir. Görünən odur ki, rəsmi İrəvanda müxalifət və kilsə bunun qəti əleyhinədir.


- Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin yaxın gələcəkdə imzalanması mümkündürmü?

- Bunu yaxın gələcəkdə mümkün hal kimi görmürəm. Amma arzum bu iki dövlət arasında sülh müqaviləsinin tezliklə imzalanmasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Noyabr 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see166

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri