Azərbaycanda 12 məktəbdə inklüziv siniflər yaradıldı
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Bu tədris ilində Bakıda daha 12 ümumi təhsil müəssisəsində inklüziv siniflər yaradılıb. Bu sıraya 21, 26, 56, 68, 112, 227, 238, 253, 259, 263, 276 və 314 nömrəli tam orta məktəblər daxildir.
Bu barədə Moderator.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, hazırda Bakı şəhəri üzrə ümumilikdə 53 təhsil müəssisəsində sağlamlıq imkanları məhdud uşaqlar inklüziv təhsilə cəlb edilib.
İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir. İnklüziv təhsilin əsas hədəfi uşaqların təkcə sosiallaşması deyil, eyni zamanda keyfiyyətli təhsil almasıdır.
Qeyd edək ki, 2015-ci ildən başlayaraq Elm və Təhsil Nazirliyi tərəfindən ölkəmizdə inklüziv təhsilin inkişafı istiqamətində pilot layihələr həyata keçirilir, tənzimləyici hüquqi-normativ sənədlər təkmilləşdirilir və müəllim hazırlığı üzrə proqramlar yenilənir.
Baxış sayı:32
Bu xəbər 18 Noyabr 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















