Azərbaycanda 15 vəkil cəzalandırılıb, 11 vəkilə xəbərdarlıq edilib
Icma.az, Aznews.az portalına istinadən məlumat verir.
Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin cari il üçün ilk iclası keçirilib.
Bu barədə qurumdan məlumat verilib.
İclasda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi, 4 vəkilin fəaliyyətinin müəyyən müddətə dayandırılması qərara alınıb.
Habelə dövlət hesabına hüquqi yardım göstərdikləri zaman yol verdikləri inizam pozuntularına görə 10 vəkilə töhmət, 11 vəkilə isə xəbərdarlıq edilib.
AzNews.az

15 vəkil intizam məsuliyyətinə cəlb edilib, 11 vəkilə isə xəbərdarlıq edilib
28 Yanvar 2025 10:51
Azərbaycanda bir vəkilin fəaliyyəti dayandırılıb, 2 vəkilə xəbərdarlıq edilib
04 Noyabr 2024 19:19
Azərbaycanda 11 ayda vergi daxilolmaları 15 milyard manata çatıb
11 Dekabr 2024 14:25

