Icma.az
close
up
RU
Azərbaycanda 17 yaşında evləndirilənlər RƏSMİ STATİSTİKA

Azərbaycanda 17 yaşında evləndirilənlər RƏSMİ STATİSTİKA

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ailə Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Bununla yanaşı sənəddə bildirilirdi ki, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Bu ilin iyul ayının 1-dən etibarən isə ölkə ərazisində 17 yaşında nikaha daxil olmaq istəyənlər üçün qanunun sərtləşdirilib. Belə ki, 2025-ci ilin iyul ayınınn ilk günündən nikah yaşına çatmamış şəxslərə tətbiq olunan üzrlü səbəblər ləğv olunur. 

Beləliklə istisnasız olaraq rəsmi nikaha daxil olmaq istəyənlərin minumum yaş həddi 18 olaraq müəyyən edilir. 

Modern.az xəbər verir ki, 2024-cü il üzrrə respublikanın 14 iqtisadi rayonu üzrə 185 nəfər 17 yaşında rəsmi nikaha daxil olub. 

2023-cü ildə isə yetkinlik yaşına çatmayan 249 nəfərə icra orqanları tərəfindən evlilik üçün icazə verilib. 

Paytaxtda mövcuz vəziyyət

Bakı iqtisadi rayonuna daxil olan rayonlar arasında Sabunçuda 4, Xəzərdə 2, Pirallahıda isə il ərzində sadəcə 1 17 yaşında şəxslərin nikahının rəsmiləşdirilməsi halı qeydə alınıb. Bakının digər rayonları – Binəqədi, Nəsimi, Nizami, Nərimanov, Yasamal, Xətai,  Suraxanı, Səbail, Qaradağda isə bənzər hallar qeydə alınmayıb. 

Ən çox 17 yaşında nikah halı qeydə alınan iqtisadi rayon

Qarabağ iqtisadi rayonu respublika üzrə rəsmi evlilik yaşına çatmadan, icra orqanlarına üzrlü səbəblərdən müraciət edən və 17 yaşda evlilik halının ən çox olduğu bölgədir. Region üzrə bu hal ən çox Bərdə rayonunda qeydə alınıb. Bir il ərzidən Bərdədə 17 rəsmiləşən erkən nikah halı qeydə alınıb ki, bu da səkkiz iqtisadi rayondan daha yüksək göstərici hesab edilir. Bərdədən sonra ən çox üzrlü səbəblərdən 17 yaşda rəsmiləşən nikah sayı Ağcabədidə qeydə alınıb ki, bu göstərici isə 12-dir. Region üzrə sadəcə Şuşada bənzər hal qeydə alınmayıb. Füzuli, Xocalı və Xocavənddə il ərzində sadəcə 1 17 yaşında nikah halı qeydə alınıb. Bənzər göstəriciləri Tərtərdə 6, Ağdamda isə 3-dür. 


Ən çox 17 yaşında nikah halı qeydə alınan iqtisadi rayonlar

Abşeron-Xızı iqtisad rayonuna daxil olan Sumqayıt şəhəri, o cümlədən Abşeron rayonu və Xızıda 17 yaşında rəsmi nikaha daxilolma halı qeydə alınmayıb.

Naxçıvan iqtisadi rayonuna daxil olan 8 şəhər və rayonda – Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur və Naxçıvanda 17 yaşında nikahın rəsmiləşdirilməsi üçün heç bir hal qeydə alınmayıb. 

İqtisadi rayonlar üzrə statistika

Gəncə-Daşkəsən – 22 hal

Bu iqtisadi rayon üzrə 17 yaşında evləndirilən şəxslərin sayı ən çox Göygöldə qeydə alınıb. Sözügedən rayonda 17 hal qeydə alınıb. Gəncədə 1, Daşkəsəndə 2, Samuxda isə 2 şəxsə icra orqnları tərəfindən 17 yaşda rəsmi nikaha daxil olmağa icazə verilib. 

Şəki-Zaqatala – 6 hal

Şəki şəhərində 18 yaşına çatmadan üzrlü səbəblərdən 4, Balakəndə isə 2 nəfərə evlilik yaşından 1 il əvvəl nikaha daxil olmağa icazə verilib. İqtisadi rayona daxil olan Qax, Qəbələ, Oğuz və Zaqatalada bənzər prosesə qeydə alınmayıb. 
Lənkəran-Astara – 4 hal

Cənub zonasında ümumilikdə 17 yaşda rəsmi nikaha daxil olanların sayı dörddür ki, bu da Lənkəran və Yardımlıda müvafiq olaraq 2 hal qeydə alınıb. Astara, Cəlilabad, Masallı və Lerikdə isə 17 yaşına çatmış şəxslər arasında rəsmi nikah qeydə alınmayıb. 

Quba-Xaçmaz – 9 hal
Quba və Qusarda fəaliyyət göstərən icra orqanlarına 17 yaşında rəsmi nikaha daxil olmaqla bağlı müraciət olunmayıb. İqtisadi rayonun digər rayonlarında müvafiq göstəricilər aşağıdakı kimidir:
Xaçmaz – 2, Şabran – 3, Siyəzən – 4 

Mərkəzi Aran – 23 hal
Bu iqtisadi rayonun tərkibində olan Kürdəmir və Ucarda 1, Yevlaxda 8, Ağdaşda 6, Zərdabda 4, Mingəçevir şəhərində isə 3 bənzər hal qeydə alınıb. Mərkəzi Aran bölgəsində sadəcə Göyçay rayonunda 17 yaşda rəsmi nikaha daxilolma qeydə alınmayıb. 

Şərqi Zəngəzur – 1 hal

Yalnız Kəlbəcər rayonunda 1 nikah yaşına çatmayan və icra orqanlarına üzrlü hal üçün müraciət edərək 17 yaşında rəsmi nikaha daxilolma qeydə alınıb.
Dağlıq Şirvan – 24 hal

Ağsuda  9, Şamaxıda 7, İsmayıllıda 5, Qobustanda isə 3 nəfər nikah yaşına çatmadan rəsmi nikaha daxil olub. 

Qazax-Tovuz – 17 hal

Qazax-Tovuz iqtisadi rayonuna daxil olan 5 rayonun sadəcə 2-sində 17 yaşında şəxslərin rəsmi nikahı qeydə alınıb. Burada ən böyük pay Tovuz rayonun üzərinə düşür. Belə ki, Tovuzda 16 nəfər üzrlü hallar səbəbi ilə rəsmi nikaha 1 il tez daxil olub. Digər 1 hal isə Ağstafada baş tutub.   

Mil-Muğan – 13 hal

Mil Muğam iqtisadi rayonunda erkən yaşda rəsmi nikaha ümumilikdə 13 hal qeydə alınıb ki, bunun da 7-si Saatlı, 5-i Sabirabadın, 1-i isə Beyləqanın payına düşüb. 

Şirvan-Salyan – 18 hal

Bu iqtisadi rayonun tərkibində olan Biləsuvarda 10, Salyanda 4, Hacıqabulda 3, Şirvanda isə 1 bənzər hal qeydə alınıb. Şirvan-Salyan bölgəsində sadəcə Netfçala rayonunda 17 yaşda rəsmi nikaha daxilolma qeydə alınmayıb. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 May 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri