Azərbaycanda 19 yaşlı NİŞANLI QIZ ÖLDÜ SAKİNLƏR YOLU BAĞLADI VİDEO
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az musavat.com-a istinadən xəbər verir ki, dünən günorta saatlarında "KamAZ" markalı yük maşını yolu keçən 19 yaşlı qızı vurub.
Ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib. Şahidlərin bildirdiyinə görə qəsəbə sakini olan qız nişanlı imiş.
Bundan sonra bir qrup qəsəbə sakini etiraz olaraq yolu bağlayıblar. Sakinlər bildirib ki, hadisə baş verən ərazidə son bir ayda piyada ölümü ilə nəticələnən üçüncü qəzadır baş verir.
Narazı sakinlər qeyd ediblər ki, ərazidə piyada nişanı olsa da asfalta piyada zolağı çəkilməyib. Nişana diqqət etməyən sürücülər yüksək sürətlə hərəkət edir və qəzalar baş verir.
Ərazidə işıqforun və işıqlandırmanın olmaması da sakinləri narahat edən məsələdir. Sakinlər bildirir ki, axşam saatlarında yolu keçmək daha təhlükəli olur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 21 İyun 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















