Azərbaycanda 2 ayda özəlləşdirmədən büdcəyə 66 milyon manat daxil olub
Icma.az, Banco.az saytına istinadən bildirir.
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar 66,1 milyon manat təşkil edib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xəbər verir.
Məlumata görə, 2 ayda qurum 10 hərrac keçirib. Hərraclarda 1 səhmdar cəmiyyətinin səhm paketi və 258 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bundan başqa, hesabat dövründə Dövlət Xidməti 96-sı qeyri-yaşayış, 794-ü torpaq sahələri üzrə 890 yeni icarə müqaviləsi bağlayıb, bu fəaliyyətdən büdcəsinə 9,8 milyon manat vəsait köçürüb.
Beləliklə, yanvar-fevraldaə dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 75,9 milyon manat vəsait daxil olub.
Bu mövzuda digər xəbərlər:Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 23 faiz artıb
19 Fevral 2026 19:25
Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 74 faizə yaxın artıb
21 May 2026 17:33
Azərbaycanda özəlləşdirmədən gəlir rekord vurdu
08 Sentyabr 2025 19:39
Özəlləşdirmədən 108 milyon manat qazanc
03 Dekabr 2024 09:51
Son 6 ayda özəlləşdirmədən dövlət büdcəsinə 79,5 milyon manat vəsait daxil olub
01 Avqust 2025 17:49
Baxış sayı:100
Bu xəbər 13 Mart 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















