Icma.az
close
up
RU
Azərbaycanda özəlləşdirmədən gəlir rekord vurdu

Azərbaycanda özəlləşdirmədən gəlir rekord vurdu

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Bu ilin yanvar-iyun aylarında Azərbaycan büdcəsinə dövlət əmlakının özəlləşdirilməsindən 79,5 milyon manat vəsait daxil olub ki, bu da proqnozdan 45,5% çoxdur.

Globalinfo.az xəbər verir ki, bu barədə Hesablama Palatasının dövlət büdcəsinin icrasına dair yarımillik təhlilində qeyd olunub. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,4 milyon manat və ya 5,9% çoxdur.

Hesabata görə, ən böyük pay – 55,6 milyon manat özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satışının payına düşüb.

Ümumilikdə, bu dövrdə kiçik dövlət müəssisələrinin və obyektlərinin özəlləşdirilməsindən 18,9 milyon manat, investisiya müsabiqəsi vasitəsilə əmlak və səhmlərin satışından 4,8 milyon manat, səhmdar cəmiyyətlərinə çevrilmiş müəssisələrin səhmlərinin hərraclarda satışından isə 0,2 milyon manat gəlir əldə olunub.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 19,8 milyard manat, xərcləri isə 17,1 milyard manat təşkil edib. Nəticədə büdcə 2 milyard 708,2 milyon manat profisitlə icra olunub. Bu göstərici proqnozlaşdırılan 1 milyard 823,3 milyon manatlıq profisiti 885 milyon manat üstələyib.

Büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə 1 milyard 298,8 milyon manat nəzərdə tutulsa da, icra 245 milyon manat olub. Həmçinin daxili borclanmadan (989 milyon manat) və məqsədli büdcə fondlarının qalığından (9,6 milyon manat) maliyyələşdirmə üzrə proqnozlar üzrə ümumiyyətlə icra qeydə alınmayıb. Əksinə, vahid xəzinə hesabının sərbəst qalığından kəsirin maliyyələşdirilməsi üçün 45 milyon manat proqnozlaşdırıldığı halda, faktiki olaraq 76,9 milyon manat vəsait yönəldilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri