Icma.az
close
up
RU
Azərbaycanda 20 radiotezlik nominalı dövlət resursu kimi geri alınıb

Azərbaycanda 20 radiotezlik nominalı dövlət resursu kimi geri alınıb

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Radiotezliklər üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə "APA-Economics"ə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib.

İclasda Dövlət Komissiyasına daxil olmuş 25 müraciətə baxılaraq müvafiq qərarlar qəbul edilib. Bunlardan 3-ü radiorabitənin təşkili məqsədilə istifadə olunan radiostansiyalar, 4-ü birgə istifadə, 5-i gəmilərdə istifadə edilən radio avadanlıqlar, 5-i GNSS (Global Navigation Satellite System) məlumatlarının ötürülməsi, 1-i trank radiorabitə şəbəkəsinin təşkili üçün, 3-ü rəsmiləşdirmə, 1-i simsiz giriş şəbəkələri (Wi-Fi simsiz texnologiya (2.4 QHs)), 1-i mobil rabitə üçün, 2-si radiolokasiya üçün (radiozond) radiotezliklərin ayrılması ilə bağlı olub.

Dövlət Komissiyasının iclasında radiotezliklərin ayrılması ilə bağlı 25 müraciətin hamısı müsbət cavablandırılıb və müvafiq icazələr verilib.

Bundan başqa, Dövlət Komissiyasının müvafiq qərarları ilə əvvəlki iclaslarda tezliklərin ayrılmasına icazə verilmiş, lakin radiorabitə şəbəkələrinin istifadəsini dayandıraraq könüllü olaraq radiotezlik istifadəsindən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.1-ci maddəsinə uyğun olaraq imtina edən 8, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-1.2-ci maddəsinə uyğun olaraq, radiotezliklərin ayrılması haqqında qərar alındıqdan sonra 1 ay müddətində Dövlət Radiotezliklər İdarəsi ilə radiotezliklərdən istifadəyə dair müqavilə bağlamayan 10, habelə “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-1.3-cü maddəsinə uyğun olaraq, radiotezliklərdən istifadəyə dair bağlanılmış müqavilədə olan öhdəlikləri yerinə yetirilməyən, o cümlədən tezlik nominalları üçün mövcud tariflərə uyğun 2 il müddətində ödənişləri tam aparmayan və ayrılmış radiotezlikləri 3 ay müddətində istifadə etməyən 2 tezlik istifadəçisi üçün Dövlət Komissiyasının tezlik ayrılması barədə qərarları ləğv edilib. Ümumilikdə 20 ədəd tezlik resursu (radiotezlik nominalı) dövlət resursu kimi geri alınıb.

Dövlət Komissiyasının iclasında, həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən yayımlanan ən son Radiorabitə Reqlamentinə uyğun olaraq yenilənmiş “Azərbaycan Respublikasının tezlik zolaqlarının ayrılması Cədvəli” təsdiq edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 Aprel 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri