Azərbaycanda 22 361 min nəfər pensiya yaşına çatmayıb STATİSTİKA
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk yeddi ayı ərzində Azərbaycanda 34 994 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,8-dən 6,0-a qədər artıb.
Bakıvaxtı.az bildirir ki, ölüm hallarının artması isə pensiya məsələsini də gündəmə gətirir. Xüsusən də son illər erkən yaşda ölüm hallarına sıx rast gəlinir.
Bu kontekstdə maraqlıdır: ölkəmizdə pensiya yaşına çatmadan ölənlərin sayı nə qədərdir?
Belə ki, son illərin göstəricilərinə əsasən (məsələn, 2025-ci il üzrə) ölkədə vəfat edən kişilərin 45%-i, 32 694 kişidən 14 782 nəfəri pensiya yaşına çatmadan ölüb.
Pensiya yaşına çatmadan ölən qadınların nisbəti isə daha az, təxminən 17,9%-dir. Bu isə 7 579 nəfər deməkdir.
Ümumi nəzər salsaq, 2025-ci ildə 22 361 nəfər pensiya yaşına çatmadan vəfat edib.
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 2026-ci ildən etibarən ölkəmizdə həm kişilər, həm də qadınlar üçün ümumi pensiya yaşı 65 il müəyyən edilib. Minimum pensiyanın məbləği 320 manatdır.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:215
Bu xəbər 24 Sentyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















