İranda etiraz aksiyaları nəticəsində ölənlərin sayı çaıqlandı 22 nəfər 18 yaşa çatmayıb...
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
İranda baş verən etiraz aksiyaları nəticəsində ölənlərin sayı 3308 nəfərə çatıb.
“AzPolitika” bildirir ki, bu barədə ABŞ-də yerləşən müstəqil insan haqları təşkilatı HRANA məlumat yayıb.
Təşkilat bildirib ki, ölənlərin 3097 nəfəri etirazların iştirakçıları, 166 nəfəri isə hərbi və hökumət qüvvələrinin nümayəndələridir. HRANA həmçinin aksiyalarda iştirak etməyən 23 mülki şəxsin, eləcə də 18 yaşdan aşağı 22 nəfərin həlak olduğunu təsdiqləyib. Məlumata görə, etirazlar zamanı 2100-dən çox insan ağır yaralanıb, 24 mindən artıq şəxs isə saxlanılıb.
Norveçdə fəaliyyət göstərən digər hüquq-müdafiə təşkilatı “Iran Human Rights” isə etirazlar zamanı azı 3428 etirazçının öldüyünü bildirib.
Hüquq-müdafiə təşkilatları və fəal qruplar real itkilərin daha yüksək ola biləcəyini qeyd edirlər. Onların sözlərinə görə, İranda internetin tez-tez kəsilməsi məlumatların yoxlanılmasını və dəqiq statistikanın müəyyən edilməsini ciddi şəkildə çətinləşdirir.
Məlumatda bildirilir ki, İranın ali dini lideri ayətullah Əli Xamenei də minlərlə insanın öldürüldüyünü etiraf edib.
Qeyd olunur ki, İranda etiraz aksiyaları 2025-ci il dekabrın 28-də başlayıb və qısa müddət ərzində ölkənin bütün vilayətlərini əhatə edib. Baş verənlər 1979-cu il İslam inqilabından bəri klerikal hakimiyyət üçün ən ciddi çağırışlardan biri kimi qiymətləndirilir.
Bildirilir ki, etirazlar ilkin mərhələdə iqtisadi böhran, xüsusilə milli valyuta olan rialın kəskin dəyərdən düşməsi və sürətli inflyasiya ilə bağlı tələblərlə başlayıb. Daha sonra aksiyalarda hakimiyyət əleyhinə şüarlar səslənməyə başlayıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 19 Yanvar 2026 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















