Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Azərbaycanda idmançı qadın ərini döydü, məhkəmə uzaqlaşdırma qərarı çıxardı

Azərbaycanda 3040 ilin ən soyuq qışı gözlənilir: Aidiyyəti qurumlar hazırdırlarmı?

Azərbaycanda 3040 ilin ən soyuq qışı gözlənilir: Aidiyyəti qurumlar hazırdırlarmı?

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Azərbaycanda qarşıdan gələn qış fəsli son 30-40 ilin ən soyuq qışı ola bilər.

Oxu.Az xəbər verir ki, Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev ölkə ərazisində havanın temperaturunun normadan aşağı enəcəyi və kəskin şaxtalı günlər müşahidə ediləcəyi barədə məlumat verib.

Məlum olduğu kimi, şaxtalı hava şəraitində bir sıra problemlərin meydana çıxma ehtimalı artır. Məsələn, yolların buz bağlaması nəqliyyatın hərəkətində çətinliklər yarada bilər. Həmçinin, kommunal xidmətlərdə nasazlıqlar yarana, istilik sistemlərində qəzalar baş verə bilər.

Havanın kəskin soyuyacağı təqdirdə aidiyyəti qurumların qışa nə dərəcədə hazır olub-olmaması ilə bağlı sual yaranır. Oxu.Az suala cavab tapmağa çalışıb.

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qış aylarında yağmurlu və şaxtalı hava şəraiti ilə əlaqədar rayon icra hakimiyyətlərində qərargahlar yaradılıb və hazırlıq iclasları keçirilib.

"Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin texnikası hazır vəziyyətə gətirilib, kifayət qədər duz ehtiyatı yaradılıb.

Qar yağan zaman küçələrin təmizlənməsi işlərinə kommunal qurumların texnikası ilə yanaşı, idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb", - deyə açıqlamada vurğulanıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə Oxu.Az-a bildirilib ki, qurum hazırda qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirməkdədir.

"Əsasən kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir ki, bu tədbirlər nəticəsində xətlər intensiv yağışlar zamanı həm yağış sularını, həm də tullantı sularını maneəsiz şəkildə daşıya bilsin. Eyni zamanda, kanalizasiya nasos stansiyaları təftiş olunur, orada mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir.

Bundan başqa, qış aylarında ən çox problemlər sayğaclar və magistral paylayıcı şəbəkələrdə baş verən donvurmalardır. Vətəndaşlar tərəfindən primitiv qaydada çəkilmiş su xətlərinin əksəriyyətində izolyasiya məsələləri nəzərə alınmayıb. Tövsiyəmiz odur ki, həmin xətlər ya izolyasiya olunsun, ya da torpaq altına keçirilsin.

İstehlakçıların diqqətinə çatdırırıq ki, fərdi yaşayış evlərində və fərdi həyətyanı sahələrdə eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə don vurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.

Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içərisində suyun qalmaması üçün onun giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı və sayğac qutusunun qapağı bağlı qalmalıdır. Donvurmadan mühafizə tədbirləri məqsədilə sayğacların üzərinin quru ağac yonqaları ilə əhatə olunması tövsiyə edilir", - deyə qurumun açıqlamasında qeyd olunur.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, təmsil etdiyi qurum hər il may ayının 1-dən noyabr ayının 1-nə qədər payız-qış mövsümünə hazırlıq prosesini icra edir.

"Hazırlıq prosesi nədən ibarətdir? Yeraltı boru xətlərinin yerüstü dayaqlar üzərinə çıxarılması, korroziyaya uğramış boru xətlərinin yeni borularla əvəz olunması, onların boyanması prosesi, şkaf və siyirtmələrin, avadanlıqların sazlığının yoxlanması, kipliyə davamlığın yoxlanması (bu o deməkdir ki, qış aylarında tələbata uyğun olaraq, mavi yanacaq yüksək təzyiqlə verilir, kipliyi yoxlayırlar ki, əgər yeni xətlərdə yüksək təzyiqlə qaz verilərsə, boru xətləri həmin təzyiqə davamlıdır yoxsa yox), sızmaların maksimum dərəcədə yoxlanması ki, qış aylarında o sızmaların nəticəsində məcburi dayanmalara getməyək".

E.Vəliyev vurğulayıb ki, bütün bu işlərin görülməsinə baxmayaraq, sızıntıların qarşısının 100% alınmasına nail olmaq mümkün deyil.

"Dünyanın ən aparıcı, supergüclü ölkələrində belə, qaz təsərrüfatında bu sızmalar müşahidə olunur. Yəni bu, tam normal haldır, çünki qazın aşılanma xüsusiyyəti var, bu səbəbdən istismarda olan boru xətlərinin aşılanması prosesi sonradan müəyyən bir müddətdə çatların və sızmaların əmələ gəlməsinə səbəb ola bilir. Ona görə də bu sızmaların genişmiqyaslı olmaması üçün əməkdaşlarımız ilin bütün fəsillərində və bütün aylarında bununla bağlı müşahidələr, yoxlamalar və təftişlər aparırlar ki, qış aylarında bizim məcburi dayanma kimi problemlərimiz olmasın.

O ki qaldı dediyiniz son 40 ilin ən soyuq qışı proqnozuna, "Azəriqaz" İB bu işlərin hamısını həm də ona görə görür ki, fors-major hallarda biz, bir xidmət sahəsi olaraq, abonentlərimizə yüksəksəviyyəli mavi yanacağın təhlükəsiz və davamlı verilişinə nail ola bilək.

Yəni "Azəriqaz" İB olaraq əminliklə deyə bilərik ki, əgər bizim qəbul məntəqələrimizə və ya nöqtələrimizə qədər mavi yanacaq tələbatımıza uyğun olaraq verilərsə ki, indiyə qədər bu məsələdə hər hansı problem yaşamamışıq və inanıram ki, bundan sonra da yaşamarıq, abonentlərin, hətta dediyiniz kimi, son 40 ilin ən soyuq günündə belə, mavi yanacaqla, yəni qazla heç bir problemi olmayacaq", - deyə E.Vəliyev bildirib.

"Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı da Oxu.Az-a açıqlamasında hava şəraitinin kəskin dəyişəcəyi təqdirdə təmsil etdiyi qurumun adekvat tədbirlər görəcəyini vurğuladı.

O qeyd etdi ki, "Azəristiliktəchizat" ASC hava proqnozu ilə bağlı Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatlarına istinad edir:

"Bildiyiniz kimi, qazanxanaların və istilik məntəqələrinin iş prinsipi xarici havanın temperaturuna uyğun tənzimlənir. Hava soyuduqca istehlakçıların keyfiyyətli istilik təchizatı məqsədilə istiliyin miqdarı xüsusi tərtib olunmuş qrafikə əsasən, müvafiq qaydada artırılır. Təmir briqadalarımız payız-qış mövsümündə, eləcə də kəskin hava şəraitində iş başında olur, 24 saat fəaliyyət göstərən "qaynar xətt"imizə daxil olan müraciətlər də dərhal araşdırılır. Bir sözlə, hava kəskin dəyişəcəyi təqdirdə buna uyğun, adekvat tədbirlər görüləcək".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Oxu.Az-a açıqlamasında hazırlıq işlərinin hansı istiqamətdə getməsinə aydınlıq gətirib.

O qeyd edib ki, hər il olduğu kimi, qış mövsümünə hazırlıqla bağlı öncədən AAYDA gücləndirilmiş iş rejiminə keçir.

"Yolların qardan təmizlənməsi, buzlaşmanın qarşısının alınması üçün öncədən qum ehtiyatı toplanır, maşın mexanizmləri, texnikalar hazır vəziyyətə gətirilir, yanacaq-sürtgü ehtiyatı toplanır ki, qarın yağması, buzlaşmanın qarşısının alınması üçün vaxtında müdaxilə olunub tədbirlər görülsün.

Təkcə Bakı şəhərində xidmət göstərdiyimiz yollarda deyil, o cümlədən respublikanın avtomobil yollarında xidmət göstərmək üçün bütün texnikalar hazır vəziyyətə gətirilib. Lazım olan dağlıq ərazilərdə duz-qum ehtiyatının toplanması ilə bağlı işlər həyata keçirilir və bu istiqamətdə bütün işlər davam etdirilir.

Bakı şəhərində də duz ehtiyatının toplanması tədbirləri görülür. Yəni hər hansı problem olduqda müdaxilə olunub aradan qaldırılacaq. Amma bu o demək deyil ki, qarın yağacağı və ya yolların buz bağlayacağı təqdirdə hər hansı problem olmayacaq. Çünki texnikaların əraziyə cəlb olunması və müvafiq işlərin həyata keçirilməsi müəyyən vaxt tələb edir".

A.Nəcəfli qeyd edib ki, bu işlərə sürücülər də hazır olmalıdırlar .

"Avtomobillər qış mövsümünə uyğun təchiz olunmalı və mütləq şəkildə qış şinlərindən istifadə edilməlidir. Əks halda, hətta tərəfimizdən tədbir görülsə belə, yenə də problem yaranacaq. Çünki onların yaratdığı problem digər nəqliyyat vasitələrinin hərəkətinə, o cümlədən bizim texnikaların əraziyə cəlb olunmasına və problemin aradan qaldırılmasına maneə törədəcək", - deyə A. Nəcəfli vurğulayıb.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bu gün mətbuata verdiyi açıqlamada bildirib ki, bu ilin qış aylarında Azərbaycanda havanın orta temperaturunun çoxillik normaya yaxın, yağıntının miqdarının da normaya yaxın, bəzi yerlərdə bir qədər az olacağı proqnozlaşdırılır.

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Dekabr 2024 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see486

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see391

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see382

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see325

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see209

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see201

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see177

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see167

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see166

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see158

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see154

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see140

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see138

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

Azərbaycanda idmançı qadın ərini döydü, məhkəmə uzaqlaşdırma qərarı çıxardı

02 Dekabr 2025 10:13see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri