Icma.az
close
up
RU
Azərbaycanda 50 min müəllim işsiz qala bilər Əli Əhmədov

Azərbaycanda 50 min müəllim işsiz qala bilər Əli Əhmədov

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Azərbaycanda uşaq doğumunun sayında kəskin azalma qeydə alınır. Milli Məclisin bu gün keçirilən iclasında hökumətin ötənilki fəaliyyəti müzakirə edilərkən bu məsələ diqqət çəkib. Birinci vitse-spiker Əli Əhmədov çıxışında ölkədəki demoqrafik vəziyyətlə bağlı həyəcan təbilini çalıb.
Demokrat.az-ın məlumatına görə parlament rəsmisi son onillikdə qeydə alınan statistik fərqi rəqəmlərlə müqayisə edib. O, ölkənin artım tempinin zəiflədiyini vurğulayıb. “Məlum olduğu kimi, son bir neçə ildə Azərbaycanın artım tempində azalma müşahidə olunur. 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında olub” deyə Əli Əhmədov bildirib.
Bu tendensiyanın gələcəkdə təhsil sisteminə və əmək bazarına ciddi təsir edəcəyi gözlənilir. Birinci vitse-spiker azalan uşaq sayının minlərlə müəllimin işsiz qalma təhlükəsini yaratdığını qeyd edib. O, eyni zamanda pensiya yaşına çatanlarla işləyən əhali arasındakı balansın pozulacağından narahatlığını ifadə edib.
Əli Əhmədov hökuməti bu istiqamətdə daha fəal addımlar atmağa çağırıb. “2015-ci ildə orta məktəblərdə 1.5-1.6 milyon uşaq təhsil alırdısa, bir neçə il sonra məktəblərdə təhsil alan uşaqların sayı 1 milyon olacaq. Bu da 50 minə yaxın müəllimin ixtisarı riskini də yaradır. Bir neçə on il sonra isə pensiyada olan əhali ilə işləmək qabiliyyəti olan əhali arasında nisbətdə ciddi dəyişiklik olacaq. Güman edirəm ki, 2026-cı ildə və sonrakı illərdə Əli müəllimin başçılığı ilə hökumət demoqrafik məsələlərə diqqəti artırmış olacaq” deyə parlament rəsmisi fikirlərini tamamlayıb.
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Mart 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri