Icma.az
close
up
RU
Azərbaycanda 8 9 ballıq zəlzələ olacaq? Telefonlarımıza gələn zəlzələ SMS ləri... RƏSMİ

Azərbaycanda 8 9 ballıq zəlzələ olacaq? Telefonlarımıza gələn zəlzələ SMS ləri... RƏSMİ

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bu işdən xəbəri olmayan, adını alim qoyanlardır deyirlər ki, “Zəlzələ olacaq”, “Qışda qar yağacaq”, “Yayda gün çıxacaq".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, belə danışanlar boşboğazlardır, bu işlə məşğul olmayanlar, ümumiyyətlə zəlzələ nə cür baş verir, dalğa haradan gəlir bilməyənlərdir:

"Oturub ağızlarına gələni yazırlar, deyirlər. Mən elə şeylərə fikir vermirəm. Bütün respublika üzrə zəlzələ tədqiqatını ən müasir aparatlarla həyata keçirən cəmi 1 qurum var. Bizim təşkilatdan bir nəfərin adı çəkilsin ki, nə vaxtsa ağzına gələn boş sözü desin. Bu işdən xəbəri olmayan, adını alim qoyanlardır deyirlər ki, “Zəlzələ olacaq”, “Qışda qar yağacaq”, “Yayda gün çıxacaq”. Bu yaxınlarda Cəlilabadda baş verən zəlzələnin ardınca saytların biri yazıb ki, "Bəs seysmoloq deyirdi zəlzələ olmayacaq?".

Seysmoloq bir daha xatırlatma etdi ki, yaxın günlər üçün dağıdıcı katastrofik zəlzələ olma ehtimalı yoxdur:

"Mən hər zaman demişəm, yenə də təkrar edirəm yaxın günlər üçün dağıdıcı katastrofik zəlzələ olma ehtimalı yoxdur. 5 bala kimi olan zəlzələ böyük zəlzələ deyil. Çünki zəlzələlərin də kateqoriyaları var. Bu elmdir, bundan xəbəri olmayanlar danışırlar. Cəlilabadda bir dənə ev dağıldı? Əlbəttə ki yox. Sözüm odur ki, nə isə deyəndə düşünün, ağlınız olsun! İndi telefonumda bildirişlər də var. Gecədən bu yana 40-dan çox yeraltı təkanlar olub. Biri də hiss edilməyib. Mən deyirəm ki, zəlzələ olmayacaq? Zəlzələ bölgəsində qızılgül bitməyəcək ki, zəlzələ olacaq da… İnsanlardan xahiş edirəm, boş-boş şeylərə inanmayın".

"Kim deyir ki, İstanbulda zəlzələ olmayacaq? 6 aydır bar-bar bağırırlar. 20 milyon əhalisi olan şəhər otursun gözləsin ki, zəlzələ olacaq? Bəli, İstanbul zəlzələ bölgəsidir. Şəhərin əsas təhlükəsi Mərmərə dənizində olan aktiv tektonik qırılma ilə bağlıdır. İstanbulda elə evlər var ki, 100 il əvvəl tikilib və istismar müddətini başa vurub. Mən özüm də gedəndə görmüşəm ki, bəzi binaların daşları ovxalanır, tökülür. O binalar böyük silkələnmədə darmadağın olacaq".

Q.Yetirmişli telefonlara gələn zəlzələ bildirişinə də münasibət bildirdi:

Telefonlara gələn zəlzələ xəbərdarlığı 4 baldan yuxarı zəlzələləri bölgə üzrə əhaliyə bildiriş kimi göndərir. Ölkənin bir bölgəsində kiçik yeraltı təkan olanda başqa bir bölgədə hiss edilmirsə həmin insanlar niyə boş yerə təşvişə düşməlidirlər? Yaşlısı var, xəstəsi var, lazım deyil axı boş yerə narahatlıq keçirsinlər. Ona görə də, bir daha insanlara bildirmək istəyirəm ki, boş fikirlərə aldanmasınlar, narahatlıq keçirməsinlər".

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə ölkəmizdə güclü zəlzələ olacağı ilə bağlı çoxlu sayda iddialar dolaşır. Hətta iş o yerə çatıb ki, artıq tarix və saat da qeyd edilir ki, filan tarixdə, filan bölgədə 8-9 ballıq zəlzələ baş verəcək. Rəsmi qurumlar isə əhaliyə narahat olmamağı, belə müraciətlərə isə aldanmamağı tövsiyə edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://baku.ws
archiveBu xəbər 27 Aprel 2025 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri