Icma.az
close
up
RU
Azərbaycanda 8 minə yaxın kompüteri yoluxduran kiberqruplaşma ifşa edildi Xəbər saytı Son xəbərlər və Hadisələr

Azərbaycanda 8 minə yaxın kompüteri yoluxduran kiberqruplaşma ifşa edildi Xəbər saytı Son xəbərlər və Hadisələr

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bir kiberinsidenti araşdıran zaman 135 ölkədə fəaliyyəti olan kiberqruplaşmanın izinə düşüb.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, zərərverici proqramın analizi və tərsinə mühəndisliyi yolu ilə araşdırılması nəticəsində əldə edilmiş məlumatlara əsasən əks-kiberkəşfiyyat tədbirləri tətbiq edilməklə zərərvericinin mərkəzi idarəetmə serveri ələ keçirilib. Əldə edilmiş məlumatların təhlili nəticəsində kiberqruplaşmanın ümumilikdə 270 741 kompüteri yoluxdurduğu aşkar edilib. Sözügedən hədəflərin 7 790-ı Azərbaycana məxsus kompüterlər olub. Ölkə üzrə qeydə alınan yoluxanların 35-i müxtəlif dövlət qurumlarına məxsus mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmamış kompüterlər olub. İnformasiya təhlükəsizliyinin təmini məqsədi ilə dövlət qurumlarında müvafiq təhlükəsizlik tədbirlərini həyata keçirməklə yanaşı, sözügedən zərərvericiyə aid indikatorların ölkə üzrə bloklanması təmin edilib.

Bununla yanaşı, Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi sözügedən yoluxdurulan kompüterlər barədə əməkdaşlıq etdiyi CERT mərkəzlərinə məlumat verərək bir çox ölkələrdə kiberqruplaşmanın fəaliyyətinin zərərsizləşdirməsinə nail olub.

Mərkəz informasiya təhlükəsizliyinin təminatı üçün dövlət qurumlarına mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmağı, vətəndaşlara isə fərdi qaydada antiviruslardan istifadə etməyi tövsiyə edib.

seeBaxış sayı:39
embedMənbə:https://baku.ws
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri