Azərbaycanda 9 ayda e rüsum üzrə 53 milyon manata yaxın ödəniş olub
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət rüsumlarının hesablanması, ödənilməsi və büdcəyə daxilolmalarına nəzarət proseslərinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində "e-rüsum" altsistemi üzrə 125 245 elektron bildiriş və 115 370 elektron qəbz formalaşdırılıb.
525.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, sistem üzərindən ödənilmiş dövlət rüsumlarının məbləği 52,662 milyon manat təşkil edib.
"e-rüsum" ölkə Prezidentinin 26 yanvar 2026-cı il tarixli fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin (RDMİS) altsistemlərindən biridir. Bu altsistem "e-bildiriş"lərin təqdim edilməsini, hesablanmış dövlət rüsumları haqqında məlumatların real vaxt rejimində əldə olunmasını, artıq və ya düzgün tutulmamış rüsumlarla bağlı müraciətlərin elektron qaydada idarə olunmasını, həmçinin dövlət rüsumlarının büdcəyə köçürülməsinə elektron nəzarətin və uçotun aparılmasını təmin edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 07 Oktyabr 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















