Azərbaycanda Aİ 92 benzini və dizellə bağlı yeni qayda
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yanacaq məhsullarının markalanması və izlənilməsi mexanizmi tətbiq olunacaq.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, daxili istehsal və idxal olunan yanacaq məhsullarına tədarük, daşınma və satış mərhələlərində vergitutma və dövriyyə üzrə zəncirboyu nəzarətin təmin edilməsi məqsədilə, beynəlxalq təcrübəyə uyğun olaraq yanacaq məhsullarının markalanması və izlənilməsi mexanizminin tətbiqi təklif olunur.
Belə ki, ölkə ərazisində istehsal edilən və ya ölkəyə idxal olunan kimyəvi nişanlama ilə nişanlanmalı olan malların siyahısı, onların ölkə ərazisində dövriyyəsinin tənzimlənməsi, həmçinin kimyəvi nişanlamanın tətbiqi, satışı və uçotunun aparılması qaydalarının Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.
Sözügedən qaydalara görə Aİ-92 markalı benzin və dizel yanacağı növlərinin kimyəvi nişanlanması təklif edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 05 Noyabr 2026 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















