Icma.az
close
up
RU
Azərbaycanda ali məktəb müəllimlərinə pul veriləcək SİYAHI

Azərbaycanda ali məktəb müəllimlərinə pul veriləcək SİYAHI

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın bir sıra ali məktəbləri 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yenil il bayramı münasibətilə əməkdaşlarına pul mükafatı verəcək.

Bu, “Yeni Sabah”ın apardığı araşdırma zamanı məlum olub.

Bakı Dövlət Universitetindən (BDU) bildirilib ki, ali məktəb rəhbərliyi üçün əməkdaşlarının sosial rifahının yaxşılaşdırılması həmişə diqqət mərkəzindədir və əlamətdar günlərdə mütəmadi mükafatlar olur: “Bu, növbəti bayramlar üçün də nəzərdə tutulub. Ancaq mükafatın məbləği hələ dəqiqləşməyib. Bununla bağlı qərar gələn həftə Elmi Şuranın iclasında qəbul olunacaq”.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) qeyd olunub ki, bayram münasibətilə bütün əməkdaşlara 500 manat məbləğində mükafat ayrılıb. Bununla bağlı ali təhsil müəssisəsinin rektoru Ədalət Muradov əmr imzalayıb.

Memarlıq və İnşaat Universiteti də bayramlar münasibətilə əməkdaşlarını sevindirəcək. Ali məktəbin rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova hələ dekabrın 11-də bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illik yubileyi və bayramlar münasibətilə bütün əməkdaşlara bir aylıq əməkhaqqı məbləğində mükafat verilib.

Bakı Mühəndislik Universitetindən isə saytımızın sorğusuna cavab olaraq deyilib ki, BMU-da hər il Yeni il, Novruz və Qurban bayramlarında birdəfəlik pul mükafatları ödənilir. Bu ildə Yeni il ərəfəsində pul mükafatının verilməsi nəzərdə tutulur.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bütün əməkdaşlarına 1000 manat məbləğində mükafat veriləcək.

Mingəçevir Dövlət Universitetində də bayramlar münasibətilə pul mükafatı olacaq. Amma məbləğ açıqlanmayıb.

Azərbaycan Tibb Universitetindən bildirilib ki, bayramlarla əlaqədar əməkdaşlara pul mükafatının verilməsi nəzərdə tutulmayıb.

ADA Universitetindən isə sorğumuza cavab olaraq qeyd olunub ki, ali təhsil müəssisəsi bu haqda məlumatları ictimaiyyətlə paylaşmır.

Azərbaycan Dövlət Pedaqoji Universitetində mükafatla bağlı son qərar verilməyib. Bildirilib ki, əgər belə bir məsələ olsa, ictimaiyyətə açıqlanacaq.

Mədəniyyət və İncəsənət Universitetinin sözçüsü sualı cavablandırmaqdan imtina edib: “Belə sorğularda iştirak etmirik”.

Facebook WhatsApp Telegram Twitter Share

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Dekabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri