Azərbaycanda ana körpəsini evdə qoyub qaçdı
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tovuz rayonunda ana azyaşlı körpəsini ataraq yoxa çıxıb.
Milli.Az xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Məlumata əsasən, orta yaşlı qadın Tovuzda yaşayan yaşlı bir qadının evinə gələrək gedəcək yeri olmadığını və çöldə qaldığını bildirib. Yaşlı qadın isə onu və 3 aylıq körpəsini evinə qəbul edib.
Bir müddət sonra ana körpəni evdə qoyaraq mağazaya getdiyini deyib və evdən çıxıb. Lakin o, bir daha geri qayıtmayıb.
Ana uzun müddət qayıtmadığından şübhələnən yaşlı qadın hüquq-mühafizə orqanlarına müraciət edib.
Azyaşlı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin sözlərinə görə, körpənin vəziyyəti normaldır. Onun sığınacağa yerləşdirilməsi nəzərdə tutulur.
Faktla bağlı polis tərəfindən araşdırma aparılır./unikal
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 15 Mart 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















