Icma.az
close
up
RU
Azərbaycanda elektrikli avtomobillər niyə ucuzlaşır? AÇIQLAMA

Azərbaycanda elektrikli avtomobillər niyə ucuzlaşır? AÇIQLAMA

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Elektrikli avtomobili istehsal etmək, yığmaq, onu ərsəyə gətirmək daha rahat və ucuz başa gələndir. Buna görə də elektrikli avtomobillərin qiymətinin nisbətən azalacağı gözlənilir. Bu tendensiya getdikcə aratacaq". Avtosfer.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev Azərbaycanda elektrik avtomobillərinin ucuzlaşmasından danışarkən deyib.

Ekspert statistikaya nəzərən bu il idxalın artdığını vurğulayıb:

"Bu, həm də iqtisadiyyatın güclənməsini göstərir, çünkü alıcılıq qabiliyyəti artır. Hər nə qədər bunun əksini söyləyənlər olsa da, bunlar real rəqəmlərdir. Ölkəyə avtomobil idxalı çoxalıb. Sevindirici bir məqam var ki, ölkəyə idxal edilən avtomobillərin buraxılış ilinə görə məhdudiyyət var. Yəni, istehsalı 10 ildən çox olan nəqliyyat vasitələrini ölkəyə gətirmək artıq mümkün deyil. Bu o deməkdir ki, ölkəyə gətirilən nəqliyyat vasitələri yenidir. Ölkəyə gətirilən müasir, həm hibrid, həm də elektrik mühərrikli avtomobillərdir. Bu avtomobillər həm qənaətcildir, həm ekonomikdir, eyni zamanda təhlükəsizlik sistemləri yüksək səviyyədədir. Həm də ekologiya dostudur. İstər hibrid, istərsə də elektrik olsun, bunlar ekologiyaya daha az zərər vururlar. Bu da dünya ekologiyasına öz müsbət töhvəsini verir”.

Elektrikli avtomobillərin ucuzlaşmasına gəlincə, ekspert hazırda rəqabətin genişləndiyini qeyd edib:

"Bütün markalar bu istiqamətə yönəlir, çünki dövrün tələbidir. Getdikcə demək olar ki, daxili yanma mühərrikli nəqliyyat vasitələri bazarda az paya sahib olacaq. Bu da onların yerini elektrik avtomobilərin tutacağını göstərir. Bütün markalar elektrikli avtomobillər istehsal etməyə çalışır. Bu da böyük rəqabət yaradır”.

Yasin Mustafayev Çinin bu sahədə lider olduğunu əlavə edib:

"Onlar öz aralarında qiyməti aşağı, keyfiyyəti yüksəltmək istiqamətində bir yarışa giriblər. Bu da ümumi bazara müsbət təsir göstərir. Ümumi bazarda qiymətin aşağı düşməsi, keyfiyyətin yüksəlməsinə təsir göstərir. Ümumiyyətlə, elektrikli avtomobillərin quruluş mexanizmi sadədir. Orada daxili yanma mühəriki yoxdur, elektrik mühəriki var. Elektrik mühərriki də sadə bir sistemdir. Bir də qiymətinə dəyər qatan onun batereyalarıdır”.

Xatırladaq ki, 2025-ci ilin ilk yarısında Azərbaycana gətirilən avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında ölkəyə 47 minə yaxın minik avtomobili idxal olunub.

Elektromobillər və hibrid nəqliyyat vasitələri üzrə göstəricilər daha da diqqətçəkicidir. Bu onu göstərir ki, insanlar daha çox elektriklə işləyən, lakin həm də yanacaqla hərəkət edən modellərə üstünlük verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 İyul 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri