Azərbaycanda bal istehsalı yenə azalıb Son 7 ilin statistikası
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ötən il Azərbaycanda 29 min 456 təsərrüfatda mövcud olan 545,1 min arı ailəsindən 4 min 757 ton bal, 122,9 ton mum, 7,5 ton vərəmum, 14,9 ton güləm və 254 kq arı südü əldə olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, balın 1 kiloqramının orta topdansatış qiyməti 28,5 manat, mumun 17,7 manat, vərəmumun 135,3 manat, güləmin 154,6 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 6,8 manat olub.
Məlumat üçün bildirək ki, əvvəlki illə müqayisədə bal istehsalı 409,3 ton azalıb. Son bir ildə 1 kiloqram balın orta satış qiyməti isə 10 qəpik aşağı düşüb.

Qeyd edək ki, Azərbaycanda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya verilir.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Bu il Azərbaycanda çay istehsalı 7% dən çox azalıb
07 Dekabr 2025 21:02
Azərbaycanda hepatit statistikası Son rəqəmlər
30 İyul 2026 17:39
Azərbaycanda kolbasa istehsalı azalıb
20 Mart 2025 20:19
Azərbaycanda şüşə istehsalı azalıb
27 Sentyabr 2025 12:48
Azərbaycanda tərəvəz istehsalı azalıb
11 Sentyabr 2026 12:51
Baxış sayı:143
Bu xəbər 12 Mart 2026 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















