Icma.az
close
up
RU
Azərbaycanda balıqlarla bağlı VACİB QƏRAR

Azərbaycanda balıqlarla bağlı VACİB QƏRAR

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Su bioresurslarının dayanıqlığının təmin edilməsi, ehtiyatların bərpası, qorunması və obyektiv elmi qiymətləndirilməsi dayanıqlı idarəetmənin əsas şərtlərindən biridir. Bu səbəbdən də, 13–23 oktyabr 2025-ci il tarixlərində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə elmi ekspedisiya həyata keçirilib".

BAKU.WS xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev Azərbaycanda balıqçılıq siyasəti, 2025-ci ildə balıqçılıq sahəsində görülən tədbirlər mövzusunda mətbuat konfrasında bildirib.

"Ekspedisiya "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxsin təşkilatçılığı ilə baş tutmuş, AMEA Zoologiya İnstitutu, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti və Türkiyə Respublikasından dəvət olunmuş mütəxəssislərin iştirakı ilə uğurla həyata keçirilmişdir. Bu müddət ərzində Xəzər dənizində və ölkənin daxili su hövzələrində balıq ehtiyatlarının qiymətləndirilməsi aparılıb.

Xəzər dənizində aparılan ekspedisiya zamanı kilkə, siyənək, külmə və ağ qızılbalıq növləri üzrə elmi-tədqiqat işləri həyata keçirilmiş, daxili su hövzələrində isə çapaq, dabanbalıq, krevetka, külmə, naxa, sazan, sıf, şamayı və xəşəm növlərinin faktiki vəziyyəti qiymətləndirilib.

Tədqiqatlar çərçivəsində qeyd olunan balıq növlərinin çəki göstəriciləri, bədən uzunluğu və daxili orqanlarının morfoloji xüsusiyyətləri ətraflı şəkildə öyrənilib. Əlavə olaraq Xəzər dənizində müasir ultrasəs-sonar sistemlərdən istifadə olunaraq, balıq sürülərinin miqrasiya marşrutları, sıxlıqları, növ tərkibləri öyrənilib",-deyə o qeyd edib.

Ceyhun Əliyev əlavə edib ki, ekspedisiya zamanı balıq nümunələrindən əlavə zooplankton və fitoplankton nümunələrinin toplanması xüsusi metodlar vasitəsilə həyata keçirilib:

"Su nümunələri Xəzər dənizində müxtəlif nöqtələrdən, 10 m və 25 m olmaqla iki fərqli dərinlik üzrə götürülmüş, Nazirliyin tabeliyində Baytarlıq Elmi-Tədqiqat İnstitutunda laborator analiz olunub.

Bu qiymətləndirmələrin nəticələri həm cari ilin faktiki göstəricilərinin təhlilində, həm də qarşıdakı illər üçün planlaşdırılan buraxılış tədbirlərinin müəyyən edilməsində əsas baza rolunu oynayıb.

Mütəxəssislərin hesablamalarına əsasən, Azərbaycanın balıq ehtiyatlarının bərpası və davamlılığının təmin edilməsi məqsədilə daxili su hövzələrində hər il təxminən 6–12 milyon ədəd körpə balığa eyni zamanda, Xəzər dənizi üçün bu göstərici 11–23 milyon ədəd körpə balıq buraxılışına ehtiyac vardır.

2026-cı il üzrə ov kvotalarının müəyyən edilməsi məqsədilə ekspedisiyanın nəticəsi əsasında tərtib edilmiş hesabatlar təhlil edilərək və AMEA Zoologiya İnstitutunun rəyi nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://baku.ws
archiveBu xəbər 19 Dekabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri