Azərbaycanda dollarla bağlı vacib PROQNOZ
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hazırda ölkəmizdə dolların məzənnəsinin dəyişməsi üçün hər hansı təhlükə yoxdur və məzənnə Azərbaycan Mərkəzi Bankının birbaşa nəzarəti altındadır.
Bunu Milli.Az-a açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib.
Onun sözlərinə gör, məzənnə ilə bağlı qərarlar Azərbaycan Mərkəzi Bankının öz mülahizələrinə əsasən verilir.
"Hazırda ölkədə makroiqtisadi göstəricilər sabitdir, Mərkəzi Bankın və Neft Fondunun valyuta ehtiyatları kifayət qədər yüksəkdir. Öökənin xarici borclanması sabit olub. Bu il isə borclanmaya gedilməsi nəzərdə tutulur. Digər tərəfdən, neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulan səviyyədə olsa da, hasilatın azalması səbəbindən neft sektorundan əldə olunan gəlirlər aşağı düşüb. Qeyd olunur ki, əgər bu il azalan gəlirlər qeyri-neft sektoru hesabına kompensasiya olunmasa və valyuta daxilolmaları düzgün tənzimlənməsə, müəyyən risklər yarana bilər. Bu risklər əsasən dünya bazarlarında neft qiymətlərindən asılıdır. Ölkənin əsas ixrac məhsulları neft və qazdır".
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Ayxan
Milli.Az
.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 02 Fevral 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















