Icma.az
close
up
RU
Azərbaycanda Barselona akademiyası: İnkişaf üçün əla fürsət

Azərbaycanda Barselona akademiyası: İnkişaf üçün əla fürsət

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Barselona" futbol akademiyası, yaxud daha çox tanınan adı ilə "La Masia" dünyanın ən prestijli futbol akademiyalarından biridir. Bura futbolun sadəcə fiziki deyil, eyni zamanda intellektual tərəfdən də inkişaf etdiyini düşünən yanaşma tərzi ilə tanınır. "La Masia" əsl futbolçu konveyeridir, oradan hər il onlarla oyunçu Kataloniya klubunun əsas komandalarına yüksəlir, eyni zamanda dünyanın digər klublarına satılır. "Barselona" çətin zamanlarında məhz akademiya oyunçularının hesabına stabilliyini qoruyub saxlaya bilir.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Barsa" akademiyasının özəllikləri

"Barselona" akademiyası digərlərindən bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Bunlardan başlıcası strategiyanın davamlılığıdır. "Barsa" akademiyası uşaq futbolundan peşəkar komandaya qədər eyni sistemə bağlı qalmağı vacib hesab edir. Bu yanaşma futbolçuların uzunmüddətli inkişafına şərait yaradır və əsas komandaya tam uyğunlaşmış oyunçuların yetişməsini təmin edir. Oyun üslubu tiki-takaya uyğunlaşdırılır. Akademiya oyunçulara qısa paslarla oynamaq bacarığını aşılamağa önəm verir. Bu isə müasir futbolun əsas trendlərindəndir. Sistem "Barselona"nın oyun üslubunun əsasını təşkil edir və komandaya beynəlxalq səviyyədə böyük uğurlar qazandırır.

Strategiya üst səviyyədə tətbiq olunur və özünü doğrultmaqdadır. Akademiya dünya futboluna yüzlərlə ulduz futbolçu bəxş edib. Lionel Messi, Xavi və Andres İnyesta kimi "La Masia" yetirmələri 2010-cu ildə "Qızıl top"a namizəd olan yekun "3-lük" idi. Təkcə bu fakt akademiyanın böyüklüyünü ifadə etmək üçün yetərlidir. Üstəlik hər il davamlı şəkildə akademiyadan həm klubun əsas komandasına yüksələn, həm də digər klublara gedən onlarla oyunçu üzə çıxır.

Azərbaycanda "Barselona" akademiyası açılır

Son illərdə klub öz modelini dünya miqyasında yaymağa başlayıb. Hazırda "Barselona" futbol akademiyaları ABŞ, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Meksika və bir çox Avropa ölkəsində mövcuddur. Onlardan biri də yaxın gələcəkdə Azərbaycanda fəaliyyətə başlayacaq.

Ötən ay "Barselona"nın prezidenti Xuan Laporta ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində Prezident İlham Əliyev Laportanı qəbul edib. Görüşdə Azərbaycanda "Barselona" futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirilib, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Bir neçə gün əvvəl isə "Barselona"nın Avropa, Orta Şərq və Afrika üzrə akademiyalarının rəhbəri Mark Sabate Ferre, həmçinin klubun Avropa və Afrika üzrə akademiyalarının texniki koordinatoru Bernat Vilya Ay Qorris Azərbaycana səfər ediblər. Onlar AFFA-nın baş katibi Cahangir Fərəcullayevlə görüşüblər. Görüş zamanı "Barselona"nın Azərbaycanda açılacaq akademiyası ilə bağlı fikir mübadiləsi aparılıb. Akademiyanın hələ Bakıda, yaxud bölgələrin birində açılacağı dəqiqləşməyib.

Layihənin əhəmiyyəti

Azərbaycan futbolunda əsas problemlərdən biri məhz uşaq futboludur. Daha doğrusu, akademiyaların fəaliyyətinin zəif olması. Hazırda "Neftçi", "Qarabağ", "Sabah" kimi klublar uşaq komandalarına böyük diqqət ayırırlar, Tovuz və Gəncədə akademiyalar açılıb. Lakin istənilən effekti əldə etmək mümkün olmayıb. Əvvəllər "Xəzər Lənkəran", "Bakı" kimi klublar oyunçu yetişdirilməsində lokomotiv rolunu oynayıblar. Onların fəaliyyətini dayandırmasından sonra "Qəbələ" bu işi davam etdirirdi. Lakin bu klubun da maliyyə vəziyyətinin pisləşməsindən sonra yenidən boşluq yaranıb. Qısası, ölkəmizdə uşaq futbolu ilə bağlı vəziyyət yumşaq desək, ürəkaçan deyil.

İndi vəziyyəti dəyişmək üçün münbit şərait yaranıb. Belə bir məqamda ölkəmizdə "Barselona" kimi futbolçu yetişdirilməsində üst səviyyə bacarığa malik klubun akademiyasının açılması obrazlı ifadə etsək, səhrada su tapmaq kimidir. Bu, Azərbaycanda peşəkar futbol sisteminin inkişafı, gənc istedadların üzə çıxması, ümumən futbolumuzun beynəlxalq bazara açılması üçün əhəmiyyətli olacaq.

Əsas amillərdən biri davamlılıqdır

Daha əvvəl qeyd etdiyimiz kimi, "Barselona" akademiyasında əsas amillərdən biri davamlılıqdır. Azərbaycanlı futbolçularda isə məhz bu baxımdan çatışmazlıq hiss olunur. Gənc oyunçular müəyyən yaşa qədər inkişaflarını davam etdirə bilirlər, lakin bundan sonra onların karyerasında durğunluq yaranır. Bu isə daha irəli getmələrinə imkan vermir. Onların karyerasında davamlılığın olmaması ümumi ölkə futboluna mənfi təsir göstərir.

Yerli məşqçilərin də inkişafına təkan verəcək

Belə bir akademiyanın mövcudluğu orada futbolun sirlərinə yiyələnən uşaqlarla yanaşı yerli məşqçilərin də inkişafına təkan verəcək. Eyni zamanda, digər klublarımızın "Barsa" ilə əməkdaşlıq qurmaq perspektivi olacaq. Belə bir akademiyanın mövcudluğu Avropa klublarının Azərbaycan futboluna, istedadlı uşaqlara marağının yaranmasına səbəb olacaq və gənclərimiz diqqət mərkəzinə düşəcəklər. Bu isə futbolçularımızın ölkə xaricinə çıxmasını asanlaşdıracaq. Qurulacaq sistemli və davamlı iş isə yerli futbolçuların legioner həyatı yaşamaqdakı çətinliklərini azaldacaq.

Əlbəttə, bunlar akademiya ilə bağlı ilkin düşüncələrdir. Əsas məsələ "La Masia" sisteminin uğurlu tətbiqidir. Bu isə həm də futbola yanaşmamızın dəyişilməsi ilə mümkün ola bilər. İstənilən halda, belə irimiqyaslı bir layihənin həyata keçirilməsi ölkə futboluna təkan verməlidir. Bu, ölkə futbolu üçün yaxşı bir şansdır və ələ düşən əla fürsətdən ən yaxşı şəkildə yararlanmaq lazımdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Aprel 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri