Icma.az
close
up
RU
Azərbaycanda bəzi internet oyunları qadağan oluna bilər MARAQLI TƏKLİF

Azərbaycanda bəzi internet oyunları qadağan oluna bilər MARAQLI TƏKLİF

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Uşaqlar arasında internet oyun asılılığı ilə bağlı narahatlıqlar geniş yayılıb. Artıq dünyanın bir sıra ölkələrində 16 yaşa qədər uşaqlara internetdən sərbəst istifadəyə məhdudiyyətlərin tətbiqi barədə müzakirələr aparılır, qanunlar qəbul edilir.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "oyun pozğunluğu"nu alkoqol və qumar kimi asılılıq yaradan davranış kimi təsnif edir. Deputat Ceyhun Məmmədovun "Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik" fikirləri də bu narahatlıqdan qaynaqlanır: "Ağıllı telefonlar"ın, sosial medianın, internet oyunlarının uşaq və yeniyetmələrin tərbiyəsinə mənfi təsiri günü-gündən daha da artmaqdadır. Xüsusilə bir sıra internet oyunları var ki, onlardan ölkədə sərbəst istifadənin qarşısının alınması barədə düşünməliyik. Təəssüf ki, bu gün istənilən yeniyetmənin bu oyunlara sərbəst çıxmaq imkanı var. Bu imkanların məhdudlaşdırılmasına ciddi ehtiyac var".

Ekspertlər hesab edir ki, əks halda bu cür halların sayı daha da artacaq, xoşagəlməz proseslərin qarşısını almaq daha da çətinləşəcək. Amma "qadağa" yeganə çıxış yolu da deyil.

Balanslı nəzarət, maarifləndirmə və alternativlər

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova hesab edir ki, bu məsələ həqiqətən çox aktualdır və valideynləri də, müəllimləri də ciddi şəkildə narahat edir: "Çünki internet oyunları təkcə əyləncə deyil, eyni zamanda uşağın psixologiyasına, davranışına və gündəlik həyat tərzinə birbaşa təsir edən bir mühitdir. Bəzi oyunlar aqressiyanı artırır, asılılıq yaradır, sosial münasibətləri zəiflədir, dərs motivasiyasını azaldır və diqqəti dağınıq edir". İŞ üzvü bildirir ki, bir çox ölkələrdə artıq bu məsələ ilə bağlı ciddi addımlar atılır. Məsələn, bəzi ölkələrdə yaş məhdudiyyətləri daha sərt tətbiq olunur, uşaqlar üçün zərərli məzmunlar filtrlənir, hətta müəyyən oyunların reklamı və ya istifadəsi məhdudlaşdırılır: "Çin kimi ölkələrdə uşaqların oyun oynama saatları qanunla tənzimlənib. Avropa ölkələrində isə daha çox "qadağa" deyil, "nəzarət və media savadlılığı" yanaşması üstünlük təşkil edir. Yəni uşağın texnologiyadan istifadəsi tam kəsilmir, amma düzgün istiqamətləndirilir".

G.Əkbərovanın fikrincə, təkcə qadağa problemi həll etmir. Belə ki, uşaq maraqlandığı bir şeyi qadağan olunmuş kimi gördükdə, bəzən ona daha da çox meyl edir: "Ən düzgün yanaşma balanslı nəzarət, maarifləndirmə və alternativlər təqdim etməkdir. Əsas sual budur: uşağı zərərli oyundan uzaqlaşdırmaq üçün ona alternativ nə təklif edirik? Əgər uşaq boşluqda qalırsa, yenə eyni məzmunlara qayıdacaq. Ona görə də uşaqlara maraqlı, faydalı və cəlbedici alternativlər təqdim edilməlidir. Məncə, uşaqları texnologiyadan uzaqlaşdırmaqdansa, onlara texnologiya ilə düzgün yaşamağı öyrətmək lazımdır. Çünki gələcək artıq rəqəmsal dünyadır. Uşaqlarımızın zərərli axına düşməməsi üçün həm dövlət səviyyəsində tənzimləmə, həm məktəb səviyyəsində maarifləndirmə, həm də ailə səviyyəsində nəzarət mexanizmi birlikdə işləməlidir".

Qadağanın mənfi tərəfləri və riskləri

İnformasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı Bəhruz Əliyev də hesab edir ki, bəzi oyunların qadağan olmasına ehtiyac var, amma yalnız bu yolla problem tam həll olunmayacaq: "Qadağanın müsbət tərəfləri odur ki, uşaqların zorakılıq, qumar, asılılıq yaradan mexanizmləri olan oyunlara çıxışı azalar, dərs vaxtı və gecə saatlarında asılılığın qarşısı qismən alına bilər. Amma mənfi tərəfləri və riskləri də mövcuddur. Uşaqlar VPN, alternativ platformalarla qadağanı aşa bilərlər. Təcrübə göstərir ki, adətən total qadağa "maraq effektini" artırır. Texniki olaraq hər oyunu effektiv bloklamaq çətindir. Eyni zamanda "zərərli oyun" anlayışı da subyektivdir".

"Alternativ yaratmadan qadağa tətbiq etmək doğru deyil"

Mütəxəssis dünya təcrübəsindən nümunə gətirərək bildirir ki, Çində yaşı 18-dən aşağı olanlar üçün onlayn oyun saatları məhdudlaşdırılaraq həftədə üç saata endirilib. Cənubi Koreyada "Shutdown law" - gecə saatlarında oyun qadağası mövcuddur: "Ən yaxşı effekt yaş təsdiqi, vaxt limiti, valideyn nəzarəti birlikdə tətbiq olunanda görünür".

B.Əliyevin fikrincə, məktəblərdə "Rəqəmsal gigiyena" dərsləri, oyun asılılığı mövzusu üzrə psixoloq sessiyaları, telefonun dərs zamanı istifadəsinə real nəzarət də effektiv ola bilər. Mütəxəssis hesab edir ki, alternativ yaratmadan qadağa tətbiq etmək doğru deyil: "Əgər uşağın əlindən oyunu alırsansa, yerinə nə verirsən" sualı çıxır. Misal üçün: idman dərnəkləri, robototexnika, proqramlaşdırma klubları, məktəbdənkənar fəaliyyətlərin artırılması… Qadağa var, amma alternativ yoxdursa, uşaq yenə gizli oynayacaq".

"Ailə, məktəb və cəmiyyət bir yerdə işləməlidir"

ADPU-nun Pedaqoji psixologiya kafedrasının baş müəllimi Nigar Məmmədova hesab edir ki, internetdən istifadə uşaqların öyrənməsi baxımından müsbət haldır, amma çox istifadə ziyanlıdır: "Bəzən uşaqlar dərs adı ilə sosial şəbəkədə vaxt keçirirlər. Ailədə ata-ana telefondan, internetdən istifadə edirsə, uşaqlar da edəcək. Amma valideynlər uşaqları nəzarətdə saxlasalar, daha yaxşı olar".

Psixoloq hesab edir ki, valideynlər övladlarına nəzarəti gücləndirməlidirlər: "Uşaqlara yay tapşırıqları verilməlidir. Əvvəllər yay tətilində kim çox kitab oxuyurdusa, ona hədiyyə verilirdi. Belə motivasiyaedici tədbirlər olmalıdır. Məktəblərdə sinifdənkənar tədbirlər təşkil olunmalıdır. Şəhərdə coffeebook-lar açılır. Onların ödənişini bir az azaldıb uşaqları cəlb etmək lazımdır. İndi uşaqlar boşluqları internetlə doldururlar. Valideynlər bu işdə müəllimlərə kömək etməlidir. Bu problemin həlli üçün ailə, məktəb və cəmiyyət bir yerdə işləməlidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Mart 2026 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri