Icma.az
close
up
RU
Azərbaycanda ev tapşırıqları ləğv oluna bilər? MARAQLI AÇIQLAMA

Azərbaycanda ev tapşırıqları ləğv oluna bilər? MARAQLI AÇIQLAMA

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qonşu Rusiyada 2026-cı il sentyabrın 1-dən etibarən orta məktəblərin birinci siniflərində şagirdlərə ev tapşırığı verilməyəcək. Bununla bağlı ölkənin Təhsil Nazirliyi müvafiq qərar qəbul edib.

Bəs Azərbaycanda da birinci sinif şagirdləri üçün ev tapşırıqları ləğv edilməlidirmi? Mövcud təhsil sistemi buna nə dərəcədə hazırdır və belə bir addım şagirdlərin tədris keyfiyyətinə necə təsir göstərə bilər?

Elm və təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, əslində kurikulumun əsas prinsiplərindən biri tapşırıqların sinifdə yerinə yetirilməsidir.

"Yəni evə verilən tapşırıqlar akademik məşqlərdən daha çox şagirdin dünyagörüşünü formalaşdıran mövzularla bağlı olmalıdır. Məsələn, ailə, valideyn sevgisi, Vətən sevgisi, yol hərəkəti qaydaları və gündəlik həyatla əlaqəli mövzular üzrə kiçik araşdırma və ya müşahidə xarakterli tapşırıqlar verilə bilər. Misal üçün, "Ailədə ünsiyyət necə qurulmalıdır?", "Valideynlərimin mənə sevgisini necə hiss edirəm?" kimi mövzular ev tapşırığı ola bilər. Bu tip tapşırıqlar uşağın düşünmə qabiliyyətini və dünyagörüşünü inkişaf etdirir. Bu gün Avropanın bir çox ölkəsində, xüsusilə Finlandiyada, ənənəvi mənada ev tapşırığı demək olar ki, yoxdur. Müəllim dərsi sinifdə izah edir, tapşırıqlar da elə sinifdə yerinə yetirilir və bununla proses tamamlanır".

Ekspert bildirdi ki, Azərbaycanda isə vəziyyət tam fərqlidir.

"Şagirdlərə həddindən artıq çox tapşırıq verilir. Çantalar o qədər ağır olur ki, uşaqlar onları daşımaqda çətinlik çəkirlər. Bunun səbəblərindən biri də müəllimlərin dərsliklə yanaşı müxtəlif əlavə vəsaitlərdən istifadə etməsi və həmin vəsaitlər üzrə də tapşırıqlar verməsidir. Hətta elə hallar olur ki, 7-8-ci sinif şagirdinə 11-ci sinif üçün nəzərdə tutulmuş Dövlət İmtahan Mərkəzinin test bankları aldırılır və oradan suallar həll etdirilir".

Müsahibimizin sözlərinə görə, bu vəziyyətdə müəllimi tam günahlandırmaq da düzgün olmaz:

"Çünki bəzən valideyn özü müəllimdən xahiş edir ki, uşağa daha çox ev tapşırığı versin. Valideynin də narahatlığını başa düşmək olar. Problem daha çox sistemlə bağlıdır. Azərbaycanda ali məktəblərə qəbul sistemi imtahanyönümlü olduğuna görə həm valideyn, həm müəllim, həm də şagird daim yüksək nəticə əldə etmək narahatlığı yaşayır. Bu gün bizdə universitetə qəbul olmaq çətin, onu bitirmək isə nisbətən asandır. Təhsili inkişaf etmiş ölkələrin bir çoxunda isə əksinə, universitetə qəbul olmaq daha asan, məzun olmaq isə daha çətindir".

Ekspertin fikrincə, ev tapşırıqları daha çox uşağın dünyagörüşünün inkişafına xidmət etməlidir:

"Məsələn, şagirdə belə bir situasiya təqdim oluna bilər: "Yolda əlində ağır çanta olan yaşlı bir qadın görsən, nə edərsən?" Bu cür tapşırıqlar uşağa yaşlı insanlara kömək etməyin vacibliyini aşılayır. Yaxud yol hərəkəti qaydalarına əməl etməyin əhəmiyyəti, ailədə münasibətlər, cəmiyyətlə ünsiyyət və digər sosial mövzularla bağlı tapşırıqlar şagirdin dünyagörüşünü formalaşdırır. Belə tapşırıqları şagird valideynləri ilə birlikdə müzakirə edə, araşdıra və ya öz düşüncələri əsasında hazırlaya bilər.

Əslində kurikulumun mahiyyəti də bundan ibarətdir. Tapşırıqlar əsasən sinifdə yerinə yetirilməli, dərs prosesi çərçivəsində tamamlanmalıdır. Şagird evə artıq dərs yükü ilə deyil, öyrəndiklərini mənimsəmiş şəkildə getməlidir. Təəssüf ki, hazırda bizdə vəziyyət bunun tam əksidir. Hesab edirəm ki, bu istiqamətdə dəyişikliklər həyata keçirilsə, təhsil sistemi üçün çox müsbət nəticələr verə bilər".

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 İyul 2026 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri