Icma.az
close
up
RU
Azərbaycanda bir bağça 4cü dəfə yandı: Hadisənin DETALLARI

Azərbaycanda bir bağça 4cü dəfə yandı: Hadisənin DETALLARI

3 il əvvəl fəalliyyətini dayandıran bağça 4-cü dəfədir ki, yanır. Xezerxeber.az-ın məlumatına görə, Mingəçevirin Puşkin küçəsində yerləşən, hazırda istifadəsiz olan 8 saylı körpələr evi və uşaq bağçasında ötən gün yanğın hadisəsi qeydə alınıb.

Qəfildən alovlanan binanın birinci mərtəbəsində başlayan yanğını söndürmək mümkün olmadığından hadisə yerinə yanğınsöndürənlər çağrılıb. Yanğınsöndürmə briqadası bağçanın ərazisində başlayan yanğını lokallaşdıraraq onun ətraf ərazilərə yayılmasına imkan verməyib. Sakinlər iddia edirlər ki, sözügedən təhsil müəssəsində yanğınlar qəsdən törədilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan "Xəzər Xəbər"ə bildirilib ki, Mingəçevirdə yerləşən 8 saylı körpələr evi uşaq bağçasında qeydə alınan yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.

Ətraflı süjetdə:

seeBaxış sayı:42
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri