Icma.az
close
up
RU
İnzaqiyə ilə 20 milyon avro təklif olunur

İnzaqiyə ilə 20 milyon avro təklif olunur

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əvvəlcə bir önəmli məqama toxunmaq istəyirəm.

Çempionlar Liqasının finalından ötən müddətdə ictimaiyyət arasında ən çox yayılan fikirlərdən biri də budu ki, “İnter”in yerində “Barselona” olsaydı, daha maraqlı, cəlbedici, inriqalı oyun izləyəcəkdik.
Yaxşı, Kataloniya nəhəngi bu qədər güclüdüsə, yaxşıdısa, onun italiyalıların qapısından beş də yox, heç olmasa, üç cavabsız top keçirməsinə nə mane oldu? “Barsa” iki yarımfinal oyununun heç birində “İnter”ə qalib gələ bilmədi, bundan başqa, 210 dəqiqənin yalnız altısında hesabda irəli oldu. Necə deyərlər, tablo ən ədalətli hakimdi. Futbolun gözəlliyi və ədaləti haqda deyilənlər isə fantaziyadan başqa bir şey deyil.
“İnter”in finalda PSJ-yə heç cür müqavimət göstərə bilməməsi artıq başqa söhbətin mövzusudu. Belə faciəvi məğlubiyyətin fəsadları da bəzən ağır olur. Aydın məsələdi ki, bütün müqayisələr qüsurludu, ancaq elə bir qədər əvvəl adını çəkdiyimiz “Barselona”nın nümunəsi ortadadı. Söhbət 1994-cü ildə “Milan”a 0:4 uduzan “Barsa”dan gedir. İspaniyada ardıcıl 4 dəfə çempion olan, klub tarixində ilk dəfə Çempionlar Liqasını qazanan, heyətində Romario, Xristo Stoiçkov, Pep Qvardiola, Mikael Laudrupun olduğu, “sükanı arxasında” Yohan Kroyffun dayandığı komandadan...
İş ondadı ki, kataloniyalılar Salonikidə üzləşdiyi həmin məğlubiyyətdən sonra heç cür özünə gələ bilmədi. Kroyff daha iki il işlədi, ardından məşqçiliyi buraxıb təqaüdə çıxdı, İspaniyada “Real” və “Atletiko” titulları qazanmağa başladı, həmin “Barsa” tarixə gömüldü.
İndiki “İnter”in aparıcı oyunçularının əksərinin yaşını nəzərə alsaq, bu komandanı da yaxın perspektivdə belə acı gələcəyin gözlədiyini istisna etmək olmaz. Baxın, Françesko Açerbi də iyunun əvvəlində DÇ-2026-nın seçmə oyunlarını keçirəcək İtaliya yığmasından aldığı dəvəti geri çevirdi. Elə baş məşqçi Simone İnzaqi də oyundan sonra kədərli açıqlama verdi:

“Bu, “İnter”dəki sonuncu oyunum idi? Baxarıq. İndi yalnız məyusluq hiss edirəm. Yaxın günlərdə rəhbərliklə görüşəcəm, danışacağıq. Həmişə klubun dəstəyini hiss etmişəm. Düzünü desəm, bu mətbuat konfransına yalnız siz jurnalistlərə olan hörmətimə görə gəldim. Ancaq komanda ilə klublarası dünya çempionatına yollanacağıma əmin deyiləm. İndi gələcəyimi müzakirə etmək baxımından heç də ən yaxşı vaxt deyil”.

Təbii ki, İnzaqinin hədsiz məyusluğu anlaşılandı – ardıcıl iki dəfə Çempionlar Liqasının finalında uduzmaq, özü də bu şəkildə... Hərçənd “neradzurra” 0:5 yox, penalti seriyasında uduzsaydı, məyusluq heç də bundan az olmayacaqdı. Bizə yalnız baş məşqçilərin belə anlarda hansı emosiyaları və duyğuları yaşadığını təsəvvür etmək qalır.
2019-cu ildə Çempionlar Liqasının finalında “Liverpul”a 0:2 uduzan “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino iki həftə evdən bayıra çıxmamış, heç bir telefon zənginə cavab verməmişdi. “Mahmızlar” payızda büdrədi, Poçettinonu qovdular, o isə həmin vaxtdan bəri bir daha əvvəlki yüksək səviyyəyə qalxa bilmədi.
İnzaqi ilə oxşar vəziyyətdə olan Dieqo Simeone 2016-cı ildə (üç il ərzində iki dəfə ÇL-in finalında uduzandan sonra) demişdi ki, “Atletiko”dakı gələcəyindən arxayın deyil. 9 il ötüb – Çolo hələ də yerindədi.
Düzünü desək, İnzaqinin də “İnter”də bu qədər qalacağını təsəvvür etmək mümkünsüzdü. Sadəcə, ona görə ki, İtaliyada belə uzun müddət bir yerdə qalmaq praktikası yoxdu. Üstəlik 49 yaşlı mütəxəssisin masasının üzərində Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan aldığı təklif var. Orda italiyalı mütəxəssisə vergilər ödəniləndən sonra illik 20 milyon avro əməkhaqqı təklif edirlər.
Əlbəttə, bu xəbər ən müxtəlif və şübhəli insaydlar ilə müşayiət olunur. Ancaq hətta nüfuzlu Fabritsio Romano da iddia edir ki, gerçəkdən təlıif var, İnzaqinin getmək şansı realdı, çox şey baş məşqçi ilə “İnter” rəhbərliyi arasında bu həftə keçirilməsi gözlənilən görüşdən sonra bəlli olacaq. Həmin görüşə qədər Münhendəki faciənin ehtirasları soyuyacaq, ancaq istənilən halda, İnzaqinin mövqeyi həlledici olacaq. Bir tərəfdən, o, bu heyətdən maksimumu qoparmağa çalışır, yenidənqurma üçün başqa vəsait yoxdu.
Simonenin “Latsio”da da oxşar taleni yaşadığını nəzərə alsaq, güman etmək olar ki, o, belə şəraitdə çalışmaqdan çox yorulub. Hə, elə Səudiyyə Ərəbistanı da sürgün yeri və ya cəhənnəm deyil. Bir-iki il çalışmaq, dincəlmək, yenilənmək, pul qazanmaq olar. Sonra yenidən Avropaya qayıtmaq mümkündü.
Ancaq onu da anlamaq lazımdı ki, sənin Səudiyyə Ərəbistanında hansı nəticəyə nail olmağın İtaliyada heç kimin vecinə deyil. Bu ölkədə yalnız A seriyasında və “böyük beşlik” ölkələrindəki nəticələr önə çəkilir. Bundan kənarda olan şeylər – Səudiyyə Ərəbistanı, Bəə, Türkiyə, Rusiya, Çin, ABŞ – heç kimi düşündürmür. Məsələn, Roberto Mançininin “Zenit”də və “Qalatasaray”a iflasa uğraması imicinə qətiyyən təsir etmədi, sonrakı karyerası baxımından əhəmiyyət daşımadı.
Digər tərəfdən, Çempionlar Liqasının finalındakı 0:5-dən, skudettonu əldən qaçırandan və heç bir mükafat qazanmayandan sonra getmək heç də xoş deyil. Qaçmaq olmasa da belə, buna bənzər bir seçimdi. Belədə əksəriyyətin reaksiyası heç də xoş olmayacaq. Adamda bir qisas hissi olmalı deyilmi?! Xüsusən də “İnter” rəhbərliyi heyətin güclənəcəyini vəd edərsə.
Bir sözlə, bizə yalnız xəbərlərin axarını izləmək qalır. Yox, İnzaqi getməyə qərar verərsə, onsuz da İtaliyada adamın başını gicəlləndirən istefa və təyinatlar zəncirinə daha biri əlavə olunacaq. Artıq bu siyahıya “İnter”i də qoşmaq lazım gələcək.
"Football-plus.az"
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 İyun 2025 01:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri