Qəbələ ilk dəfə qastronomiya sammitinə ev sahibliyi edəcək
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Qəbələ, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 31-də Qəbələ Konqres Mərkəzində “Qəbələ qastronomiya sammiti” keçiriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sammit oktyabr ayı boyunca restoranları, fermerləri və turizm tərəfdaşlarını birləşdirən “Qəbələdə məhsul mövsümü” təşəbbüsünün davamıdır.
Beynəlxalq media nümayəndələrinin diqqətini cəlb edən proqramda “Disciples Escoffier International” təşkilatının Avropa üzrə vitse-prezidenti Lionel Strub əsas məruzəçi qismində iştirak edəcək. Xarici qastronomiya ekspertlərinin və media təmsilçilərinin iştirak edəcəyi sammit Qəbələnin beynəlxalq miqyasda tanıdılması üçün əlavə imkan yaradır. Sammit müddətində forum, eləcə də üç panel iclas təşkil olunacaq.
“Qəbələ kulinariya kolleksiyası” çərçivəsində Qəbələyə məxsus seçilmiş ənənəvi yeməklər hazırlanacaq.
Sammitin yekununda “Qəbələ qastronomiya bəyannaməsi”nin imzalanması planlaşdırılır ki, bu da gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirəcək.
Müxbir - Rasim İslamoğlu
Baxış sayı:88
Bu xəbər 27 Oktyabr 2026 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















