Icma.az
close
up
RU
Azərbaycanda bir neçə ədəd olan avtomobildən biri ŞƏKİDƏDİR FOTO

Azərbaycanda bir neçə ədəd olan avtomobildən biri ŞƏKİDƏDİR FOTO

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Almaniyanın avtomobil sənayesi barədə dünyanın istənilən ölkəsində geniş məlumat var. Söhbət vahid Almaniyadan və 1957-1990-cı illərdə mövcud olmuş kapitalist Almaniyasından (AFR) gedir.

Avtosfer.az xəbər verir ki, bunun əksinə, 1949-1990-cı illərdə mövcud olmuş Almaniya Demokratik Respublikasının (ADR) avtomobilləri barədə oxucuların məlumatı azdır. Səbəb bu markaların çox da tanınmaması və Azərbaycan SSR-də sərbəst satışda olmamasıdır. Bununla belə, Sovet Azərbaycanına o dövrün təbirincə desək, “qardaş ADR”dən çox sayda IFA, “Multicar” və kənd təsərrüfatı texnikası idxal edilib. Sosialist Almaniyanın otbiçən texnikası bu gün rayonlarda işləsə də, digər maşınlara demək olar rast gəlinmir. 

Lakin Şəkiyə hər getdiyimdə ADR istehsalı olan bir, yaxud iki maşına rast gəlirəm. Söhbət “Multicar M25” mikro yük avtomobilindən gedir. Amma, əziz oxucu, “-mikro” prefiksi səni çaşdırmasın. 45 at gücü Dizel mühərrikinə malik bu avtomobil 2 tondan çox yükü daşıya bilir. Müqayisə üçün deyim ki, bu həcm “Qazel”dən 2 dəfə çoxdur. 

Avtomobil çox yüksək keyfiyyətlə hazırlanıb, bu gün də Almaniyada istehsalı az da olsa davam edir.  Bu maşınlar Sovet İttifaqına 1978-1990-cı illərdə satılıb. 1990-cı ildə Almaniyanın birləşməsindən (Deutsche Wiedervereinigung) sonra sosialst hissədəki avtomobil zavodları əvvəlki sahiblərinə qaytarıldı,  SSRİ-yə ixracat dayandırıldı. 

Rusdilli saytlarda bu avtomobillə bağlı kifayət qədər maraqlı məlumat əldə etmək mümkündür. Lakin mənim təklifim başqadır: belə bir unikal avtomobilin kommunal təsərrüfatda işlədilməsi yerinə, bir qədər əl gəzdirilərək hansısa tarixi məkanda yerləşdirilməsi turizm işinə daha böyük töhfə verə bilər. Kommunal təsərrüfatda başqa avtomobilin də istifadəsi mümkündür. 
Nəzərə alaq ki, turizm şəhəri olan Şəkiyə Almaniyadan hər il çox sayda turist gəlir. Bu avtomobilin UNESCO-nun siyahısındakı tarixi məkanda sərgilənməsi Şəki üçün ölkədən kənarda çox səmərəli reklam ola bilər.

Vüqar Yaşaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 Avqust 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri