Icma.az
close
up
RU
Azərbaycanda bir vəkilin fəaliyyəti dayandırıldı

Azərbaycanda bir vəkilin fəaliyyəti dayandırıldı

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cari il noyabr ayının 4-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə Vəkillər Kollegiyasından (ARVK) məlumat verilib.

İclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

İclas gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran dörd vəkilliyə namizədin, bir hüquq elmləri doktorunun ARVK üzvlüyünə qəbulla bağlı andiçmə mərasimi keçirilib, habelə dövlət qulluğunda olması ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılan bir vəkilin isə fəaliyyətinin bərpa edilməsi barədə müraciətinə baxılıb, müsbət qərarlar verilib, onlara vəsiqələr təqdim edilərək gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Sonra iclasda "Philip C. Jessup" Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak edəcək tələbələrin maliyyə dəstəyinin verilməsi ilə bağlı Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müraciətinə baxılıb. Müvafiq maliyyə dəstəyinin göstərilməsi ilə bağlı Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul olunub.

Həmçinin vəkillik fəaliyyətləri dayandırılmış iki vəkilin, bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, bir vəkilin öz istəyi ilə vəkillik fəaliyyətinə xitam verilməsi, o cümlədən iki vəkilin müəyyən müddətə üzvlük haqqından azad olunması barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.

Bundan başqa, iclasda Rəyasət Heyəti tərəfindən "İcra hüququ" Komitəsi ilə "Deontologiya" Komitəsinin yaradılması ilə bağlı qərar qəbul edilib. Nəzərə çatdırılıb ki, "Deontologiya" Komitəsi vəkillərin peşəsinin tətbiq edilməsi zamanı lazım olan əxlaqi dəyər və etik qaydaların araşdırılması məqsədi ilə yaradılıb. "İcra hüququ" Komitəsinin təsis edilməsində məqsəd isə ölkədə məhkəmə qərarlarının icrası təcrübəsində rast gəlinən problemlərin müzakirəsi və həllində vəkillərin iştirakını genişləndirmək, icra prosedurlarının müasir dövrün tələblərinə uyğun təşəkkül tapmasına, nəzəri və təcrübi tədqiqatlarda vəkilliyin potensialının maksimal cəlb edilməsinə nail olmaqdır. Vəkillərin İntizam Komissiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov "Deontologiya" Komitəsinə və Vəkillərin İntizam Komissiyasının üzvü Elşən Səfərov isə "İcra hüququ" Komitəsinə sədr seçilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 2 vəkilə xəbərdarlıq edilib, 2 vəkilə töhmət verilib, 2 vəkilə irad tutulub, habelə 1 vəkilin fəaliyyəti 1 il müddətinə dayandırılıb.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:31
embedMənbə:https://pravda.az
archiveBu xəbər 04 Noyabr 2024 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see138

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see122

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see121

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see121

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see121

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see121

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see120

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see119

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see118

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see118

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see118

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see117

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see117

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see116

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see116

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see115

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see115

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri