Azərbaycanda böyük şəhər bələdiyyələri yaradıla bilər TƏKLİF
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Azərbaycanın iri şəhərlərində vahid, mərkəzləşdirilmiş böyük şəhər bələdiyyəsi modelinin tətbiq imkanları diqqətlə nəzərdən keçirilməlidir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında bildirib. Deputat vurğulayıb ki, paytaxt Bakı şəhərində hazırda 45 ayrı bələdiyyə fəaliyyət göstərir.
Onun sözlərinə görə, bu bələdiyyələrin vahid, inteqrasiya olunmuş böyük şəhər bələdiyyəsi çərçivəsində birləşdirilməsi həm idarəetmədə səmərəliliyi artırar, həm də şəhər üzrə resursların daha optimal istifadəsinə imkan verər.
Novruzov əlavə edib ki, belə bir model şəhər planlaşdırması, infrastrukturun inkişafı və sosial xidmətlərin təşkili sahəsində daha çevik və koordinasiyalı qərarların qəbulunu təmin edə bilər.
O, həmçinin qeyd edib ki, bu təcrübə Azərbaycanın digər böyük şəhərləri üçün də tətbiq oluna bilər və uzunmüddətli perspektivdə yerli idarəetmənin effektivliyinin yüksəlməsinə töhfə verə bilər.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 13 Fevral 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















