Azərbaycanda bu dövlət qurumu məhkəməyə verildi
Icma.az, Publika.az portalına istinadən məlumat yayır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyini (MKTB) məhkəməyə verib.
Publika.az Qaynarinfo-ya istinadla xəbər verir ki, tərəflər arasında vergi məsələlərinə dair mübahisə yaranıb.
İdarənin iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Miminat Hacıbəyova iş üzrə hakim təyin edilib.
Araşdırmalarımız zamanı məlum olub ki, Səbail MKTB-nin hazırda 835 022,15 manat vergi borcu var. Lakin hansısa səbəbdən MKTB borcu ödəmir. Bu baxımdan vergi orqanı məsələni hüquqi müsatəvidə həll etməyə çalışır.
Səbail MKTB-nin rəisi Elçin Həsənovdur. MKTB Səbail Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir.
Baxış sayı:125
Bu xəbər 20 Dekabr 2024 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















