Yasamalda “44” bədii filmini izlədilər Fotolar
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
8 Noyabr – Zəfər Günü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ictimaiyyətinin nümayəndələri üçün “44” bədii filminin nümayişi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Yasamal rayon təşkilatının rəhbərliyi, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filmin nümayişi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Şəhid ailələrinin üzvləri və qazilər 44 günlük Vətən Müharibəsində parlaq tarixi zəfərə görə Ali Baş Komandan cənab İlham Əliyevə böyük minnətdarlığını ifadə ediblər.
Tədbir iştirakçıları filmin yaradıcı heyətinə xüsusi təşəkkürlərini də bildiriblər. Tədbir Zəfər tariximizin unudulmaması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, şəhidlərimizin əziz xatirəsinin yaşadılması və qəhrəmanlıq salnaməmizin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 06 Noyabr 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















