Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Azərbaycanda bu kəndlərin adı dəyişə bilər: proses başladı SİYAHI

Azərbaycanda bu kəndlərin adı dəyişə bilər: proses başladı SİYAHI

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Audiovizual Şuranın son bəyanatları ictimai müzakirələrə səbəb olub. Belə ki, qurumun sədri İsmət Səttarovun sözlərinə görə, televiziya aparıcıları “okay” də daxil olmaqla bir sıra əcnəbi sözlərə görə 500-1000 manat arası cərimələnə bilər. Bu, bəzi əcnəbi kökənli iaşə obyektləri, kənd və qəsəbə adlarının taleyi ilə bağlı da yeni suallar yaradıb.

Küçələrdə əcnəbi dildə yazılan reklam və elan lövhələri necə olacaq? Restoran, mağaza və digər obyektlərin xarici adları dəyişdiriləcəkmi?

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu xatırladıb ki, Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyində dilimizin qorunması ilə bağlı konseptual fikirlər səsləndirib:

“Bu çağırış ilk növbədə dilin qorunması kimi mühüm ictimai məsuliyyəti daşıyan elmi qurumlar, ali təhsil müəssisələri, media və jurnalistlər üçün nəzərdə tutulur. Dili inkişaf etdirən və qoruyan xalqdır, lakin fəal daşıyıcıları olan müəyyən peşə qruplarının üzərinə daha böyük məsuliyyət düşür. Xüsusən televiziya aparıcılarının nitqi böyük əhəmiyyət daşıyır. Kütləvi auditoriya qarşısına çıxan hər kəs – müəllim, aparıcı, jurnalist və efir qonaqları dil qaydalarına riayət etməli, düzgün tələffüzə, diksiya yaxud sözlərin semantik mənasına diqqət göstərməlidir. Çünki onlar cəmiyyətdə dilin istifadəsi üçün nümunə yaradırlar. Bu sahədə cərimələrin tətbiqinin səmərəli olacağını düşünmürəm. Əsas məsuliyyət hər bir şəxsin özündə olmalıdır”.

Hikmət Babaoğlu

Deputat bildirib ki, “Reklam haqqında” Qanun və İnzibati Xətalar Məcəlləsi bu sahədə qaydaları və cəzaları müəyyən edir:

“Qanunun effektiv tətbiqi təmin olunsa, reklam lövhələri, obyekt adları və digər ictimai məkanlarda dil normalarına daha yaxşı riayət etmək mümkün olar. Toponim məsələsinə gəlincə, ölkə başçısı da çıxışında bildirdi ki, toponimlər tarixi yaddaşımızdır və onların qorunması vacibdir. Əlbəttə, yad dildən gəlmiş və milli kimliyimizi əks etdirməyən kənd, qəsəbə adlarının yenilənməsi məqsədəuyğundur. Son 200 ildə formalaşmış rus mənşəli toponimlər, həmçinin ərəb və fars mənşəli adlar buna nümunədir. Hazırda isə ilk olaraq pasportlaşmamış toponimlərin, hidronimlərin, oykonimlərin yenilənməsi mümkün və daha real görünür”.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutinun Toponimika şöbəsinin müdiri, dosent Elçin İsmayılov isə qeyd edib ki, yeni təklif Azərbaycan dilinin qorunması ilə bağlı inzibati məsuliyyətin tətbiqini nəzərdə tutur:

“Bu istiqamətdə atılacaq addımlar yalnız televiziyalara aid deyil. Dil bütün hallarda qorunmalıdır. Əcnəbi sözlərin dilə daxil olması yalnız zərurət olduğu halda mümkündür və bu prosesə nəzarət vacibdir. Təkliflərdən biri reklamların yalnız Azərbaycan dilində olması, əcnəbi dildə yazıldığı halda isə həmin mətnin şriftinin öz dilimizdə olan mətnin şriftindən böyük olmaması idi. Dilçi alimlər və ziyalılar illərdir bu məsələni qaldırırlar, lakin mexanizmlərin olmaması təkliflərin icrasını çətinləşdirir”.

Elçin İsmayılov

E.İsmayılovun sözlərinə görə, tətbiq olunacaq cərimələr yalnız hüquqi və maddi-məsul şəxslərə aid edilə bilər:

“Vətəndaşların bu kimi məsələlərə görə cərimələnməsi məqsədəuyğun deyil. Küçə reklamları ilə bağlı aparılan monitorinqlər də göstərir ki, reklamların əksəriyyəti tələblərə cavab vermir. Ölçülər, standartlar, məzmun və estetik baxımdan ciddi nöqsanlar müşahidə olunur. Bəzi hallarda reklamlarda gülünc və mənasız ifadələr yer alır, bu da peşəkarlığın olmamasından irəli gəlir. Reklam Agentliyi əsasən ödənişlə maraqlanır, məzmunun keyfiyyətinə diqqət yetirmir. Restoran və digər iaşə obyektlərində də dilin qorunması ilə bağlı normalara əməl edilməlidir. Bu proses həm də qanunla tənzimlənir”.

Qeyd edək ki, Azərbaycanda son 200–250 ildə  bir sıra rus-mənşəli və ərəb/fars köklü toponimlər formalaşıb. Məsələn, İvanovka (İsmayıllı), Slavyanka (Gədəbəy), Novosaratovka (Gədəbəy), Rus Borisi ( Goranboy) kimi rus kəndləri var.  Eyni zamanda bəzi kənd, məhəllə adlarında ərəb-fars dilindən götürülmüş komponentlər də mövcuddur: Mərəlik (Naxçıvan), Nüzgar (Cəbrayıl), Ərəbcəbirli (Göyçay), Ərəbyengicə (Şərur) və sair.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Dekabr 2025 06:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see624

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see437

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see325

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see316

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see240

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see232

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see230

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see213

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see211

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see211

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see210

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see202

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see195

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see187

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see186

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see184

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see182

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see180

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see175

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri