Icma.az
close
up
RU
Azərbaycanda bu rayonlarda dəbdəbəli yas mərasimləri qadağandır SİYAHI

Azərbaycanda bu rayonlarda dəbdəbəli yas mərasimləri qadağandır SİYAHI

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şəmkir rayonunda yas mərasimlərində ehsan kimi isti yeməklərin verilməsi yığışdırılıb. 

Milli.Az xəbər verir ki, buna səbəb olaraq bir neçə il əvvəl Şəmkir bələdiyyəsinin sədri Vüqar Həsənov yas mərasimlərinin sadələşdirilməsi təşəbbüsü ilə çıxış edib. Səbəb isə beş mərasim nəticəsində sakinlərin marketlərə 35 min manatdan çox borcunun yaranması olub.

Bu tendensiya həmçinin, Şamaxı, İsmayıllı, Oğuz, Ağsu, Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Balakən rayonları və Naxçıvanın Mahmudkənd, Beyləqan rayonunun bəzi kəndlərində də davam etdirilir. 

Həmin rayonlarda yas mərasimləri yalnız çay süfrəsi ilə kifayətlənir. Qeyd edək ki, ehsan verilməməsi ilə bağlı çağırışlar məcburi deyil, sadəcə tövsiyə xarakteri daşıyır və buna hər kəs əməl etməyə də bilər. 

Bu yanaşma cəmiyyətin müxtəlif təbəqələri tərəfindən fərqli qarşılanır. Lakin əsas məqsəd israfçılığın qarşısını almaq və yas mərasimlərini daha təvazökar şəkildə təşkil etməkdir. 

Məsələ ilə bağlı dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu bildirib ki, İslam dinində dünyasını dəyişən şəxs üçün ehsan süfrəsi ilə bağlı konkret hökm və ya qadağa yoxdur.

Onun sözlərinə görə, bu, daha çox başsağlığına gələnlərə ev sahibinin göstərdiyi qonaqpərvərliklə bağlıdır və bölgədən bölgəyə dəyişir.

Elə problemin kökü də burdan irəli gəlir. İsrafçılığın çox olması insanları çətin vəziyyətə salır. Ölən canın qutarır, amma israfçılıq edən bəzi ev sahibləri ölümünə qədər az qalır borc ödəsin. 

Ehsan daha çox dünyasını dəyişən bir şəxsin ruhuna edilən xeyirxah işlər, xüsusilə yas mərasimlərində verilən yemək, yardım və ya xatirə tədbirləri anlamında istifadə olunur. Məqsəd mərhumun ruhuna dua qazanmaq və savab qazanmaqdır.

Ehsan süfrələrinə gələnlərin əksəriyyəti maddi imkanı yaxşı olan, evində heç nəyə ehtiyacı olmayan şəxslərdir. Hansı ki, bəzən ehsan süfrəsində dua yerinə, başqa aidiyyatsız söhbətlər gedir. 

Əgər kimsə həqiqətən ehsan vermək niyyətindədirsə, bu yardımını ehtiyacı olanlara yönəltməsi daha məqsədəuyğundur. Belə bir yardım həm savab qazandırar, həm də dua.

Aysel Əkbər
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 İyul 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri