Icma.az
close
up
RU
Azərbaycanda bu şəxslərə 2600 manat birdəfəlik müavinət veriləcək YENİ QANUN KONKRET

Azərbaycanda bu şəxslərə 2600 manat birdəfəlik müavinət veriləcək YENİ QANUN KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Məclisin fevralın 14-də keçirilən plenar iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, valideynlərini itirən uşaqlara birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi nəzərdə tutulur.

KONKRET.az xəbər verir ki, qanuna dəyişikiliyi şərh edən Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev iqtisadiyyat.az-a bildirib ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” AR Qanununun 5-ci maddəsinin   6-cı abzasına əsasən, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar:

“Qanundan göründüyü kimi birdəfəlik pul vəsaitinin ödənilməsi zamanı respublika üzrə orta əmək haqqının hansı dövr üçün hesablanması qeyd edilməyib. Məlum olduğu kimi orta əmək haqqı aylar və illər üzrə dəyişir. Eyni zamanda bu kateqoriyalardan olan şəxslərə verilən birdəfəlik pul vəsaiti onun təsis olunduğu tarixdən indiyədək həmin şəxslərin təhsil müəssisəsini bitirdiyi ildən əvvəlki il üzrə ölkə üzrə orta əmək haqqının iki misli məbləğində təyin edilərək ödənilir və dövlət büdcəsindən bu məqsəd üçün məhz həmin məbləğ əsas götürülərək vəsait ayrılır.

Belə ki, bir neçə il əvvəl təhsil müəssisəsini bitirən bu kateqoriyadan olan şəxslər birdəfəlik pul vəsaitinin alınması üçün müraciət etdikdə, onlara həmin dövr üçün müəyyən edilmiş respublika üzrə orta əmək haqqının iki misli məbləğində ödəniş həyata keçirilir. Həmin ödənişin məbləği təhsil müəssisəsini daha sonra bitirən bu kateqoriyadan olan şəxslərin aldıqları birdəfəlik pul vəsaitindən az olur. Həm təhsil müəssisəsini müxtəlif dövrlərdə bitirən bu kateqoriyadan olan şəxslərin aldıqları birdəfəlik pul vəsaitinin məbləğlərinin fərqli olduğundan, həm Qanunda orta əmək haqqının hansı dövr üçün hesablanması qeyri-müəyyən olduğundan, bu hallar vətəndaşların narazılığına səbəb olur”.

O əlavə edib ki, bundan əlavə, dövlət tərəfindən ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə onlara ödənilən aylıq və ya birdəfəlik müavinətlərin məbləği əsasən Azərbaycan Respublikasının Prezidentinin müvafiq aktları ilə konkret məbləğdə müəyyən edilir:

“Qeyd olunanlara əsasən, daha effektiv sosial təminat prinsipinin tətbiqi, qanunvericilikdə qeyri-müəyyənliyin aradan qaldırılması, birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə Qanunun 5-ci maddəsinin altıncı hissəsində müvafiq dəyişiklik edilməsi ilə bağlı hazırlanıb. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Fərmanı layihəsində bu kateqoriyadan şəxslərə verilməli olan birdəfəlik pul vəsaitinin məbləğinin 2600 manat müəyyən edilməsi təklif edilib”.

Qeyd edək ki, qanuna təklif edilən dəyişiklik Milli Məclisin iclasında müzakirələrdən sonra səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Fevral 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see287

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see234

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see211

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see200

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see184

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see180

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see163

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see158

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see150

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see147

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see145

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see142

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see136

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see136

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see135

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri