Icma.az
close
up
RU
Ortaq dil, ortaq gələcək bu gün ilk dəfə Beynəlxalq Türk Dili Ailəsi Günü qeyd edilir

Ortaq dil, ortaq gələcək bu gün ilk dəfə Beynəlxalq Türk Dili Ailəsi Günü qeyd edilir

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

15 dekabr tarixi türk dünyası üçün xüsusi məna daşıyan əlamətdar bir gündür - bu il ilk dəfə olaraq BMT tərəfindən Beynəlxalq Türk Dili Ailəsi Günü qeyd olunur.

15 dekabr tarixinin Türk Dili Ailəsi Günü kimi qeyd olunmasına dair razılıq bu il noyabrın 3-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən YUNESKO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində qəbul edilən qətnamədə əldə olunub. Bu tarix Orxon abidələrinin – bütün türk dillərinin ortaq köklərini və tarixi irsini əks etdirən ən qədim yazılı abidələrin oxunduğu günə təsadüf edir.

Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi bildirib ki, bu qərar türk xalqlarını birləşdirən ortaq dilin, mədəni irsin və mənəvi dəyərlərin dünya miqyasında tanınmasının bariz nümunəsidir: “Qəbul edilən qətnamə yalnız rəmzi xarakter daşımır, eyni zamanda türk dillərinin ümumbəşəri mədəni irsin ayrılmaz tərkib hissəsi kimi qəbul olunduğunu rəsmi şəkildə təsdiqləyir. Türk dili sadəcə gündəlik ünsiyyət vasitəsi deyil, əsrlər boyu formalaşmış zəngin tarixi yaddaşın, milli düşüncə sisteminin və dünyaya baxışın daşıyıcısıdır”.

Ortaq dil - geniş coğrafiyada yaşayan türk xalqlarını bir-birinə bağlayan əsas amillərdən biridir. Türk dili bu gün yüz milyonlarla insanın ana dili olmaqla yanaşı, dünya sivilizasiyasına dəyərli ədəbi irs, dövlətçilik ənənələri, fəlsəfi baxışlar və humanist ideyalar qazandırıb.

Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi hesab edir ki, Beynəlxalq Türk Dili Ailəsi Gününün qeyd olunması türk xalqları arasında dilin qorunması və inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Bu gün gənc nəslin ana dilinə bağlılığının möhkəmləndirilməsinə, ortaq elmi terminologiyanın formalaşdırılmasına, eləcə də türk dilləri arasında akademik və mədəni əməkdaşlığın genişlənməsinə yeni imkanlar yaradır.

Partiya sədri vurğulayıb ki, YUNESKO-nun bu qərarı türk sivilizasiyasının bəşəriyyətin mədəni xəzinəsinə verdiyi töhfələrin tanınması, dillərin qorunması və mədəni müxtəlifliyin təşviqi istiqamətində atılmış mühüm addım kimi dəyərləndirilə bilər: “Bu qərar bir daha sübut edir ki, türk xalqlarının dil və mədəni birlik ideyası artıq beynəlxalq müstəvidə qəbul olunmaqdadır. Lakin bu qərar bizim üzərimizə böyük məsuliyyət yükləyir - ortaq dilimizi yaşatmaq, onu zənginləşdirmək və gələcək nəsillərə olduğu kimi ötürmək kimi böyük məsuliyyət”.

Facebook WhatsApp Telegram Twitter Share

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Dekabr 2025 22:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see506

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see222

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see209

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see208

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see197

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see184

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see179

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see175

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see175

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see156

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see155

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see152

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see150

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see144

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri